Lavanda bitkisi hәm çiçәklәri, hәm otu, hәm dә toxumları olduqca faydalıdır. Bәzi bitkilәrin istәr
iyi, istәrsә dadı bәzәn acı vә xoşagәlmәz olsa da lavanda hәm әtrinә görә vә hәm dә dadına
görә fәrqli bir bitkidir.
Avropada demәk olar bütün dövlәtlәrdә lavanda plantasiyaları, lavanda sahәlәri o qәdәr gözәl
olur ki, dövlәtә gәlәn xarici turistlәri bu sahәlәrә gәzmәyә gәtirirlәr vә bu sahәlәrdәn o qәdәr
gözәl әtir gәlir ki, bura gәlәn insanlar bu sahәdәn ayrılmaq istәmirlәr. Lavandanın hәm әtri, hәm
dә çayı insanların әsәblәrini çox sakitlәşdirir.
- Lavanda toxumlarını 50 qram götürün, balaca bir yastıq hazırlayın, bunu kiçik uşaqların yataq
yerinin yaxınlığına qoyun, uşaqların hәm әsәblәrinә yaxşı tәsir edir, hәm dә gözәl әtri otağa
yayılır.
-Lavanda bitkisindәn 2 xörәk qaşığı 2 stәkan suda dәmlәyin süzün, başınıza bu suyu töküb
saçlarınızı yaxalayın, bu dәmlәmә hәm saçları gurlaşdırır, hәm dә kәpәklә vә saçların tökülmәsi
ilә mübarizә aparır.
- Nevrozdan әziyyәt çәkәn insanlar üçün ideal bir çay: 1 xörәk qaşığı lavanda, 1 xörәk qaşığı
cökә çiçәyi qarışdırın, 3 stәkan su tutan termosda dәmlәyin vә 1 xörәk qaşığı bal әlavә edin. Bu
çayı gündә 3 dәfә yemәkdәn әvvәl 1 stәkan için. Hәm gözәl әtri vә dadı var, hәm dә çox gözәl bir
yuxu verir.
-Maraqlıdır lavandanın iyi insanların nә qәdәr xoşlarına gәlirsә, kiçik hәşәratların da o qәdәr
xoşlamadığı bir iydir. Ona görә dә lavanda dәmlәmәsi bit, birә, qoturluq kimi yolxucuları
bәdәndәn vә başdan uzaqlaşdırır. Bunun üçün lavanda dәmlәmәsi ilә vanna etmәk lazımdır vә
lavandalı suyu otaqlarınıza püskürmәklә dә belә hәşәratlardan azad ola bilәrsiniz.
-Lavanda çox efirli bitki olduğundan şәhәr bağlarında әkilmәsi çox mәqsәdәuyğundur, çünki
lavanda bitkisi havada müxtәlif virusları mәhv edir vә kütlәvi yayılmasının qarşısını alır, mәsәlәn
donuz qripindәn, quş qripindәn, adi qripdәn qorunmağın әn tәbii üsuludur.
-Lavanda otunun qurusunu işlәnmәyәn paltarların yorğan vә döşәklәrin arasına qoyanda güvә
yaxın düşә bilmir. Evinizdә qrip xәstәsi varsa otağa teztez lavandalı su püskürdün, belә etsәniz
evdә heç kim qripә yoluxmaz. inşAllah