Zəncəfil cinsi gücü və immuniteti artırır - 8 FAYDASI

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 11 220
Səs ver:
(səs: 0)
Bir çox insanın dadını bəyənmədiyi zəncəfilin faydaları saymaqla bitmir. Zəncəfil dünyanın hər yerində, bütün mətbəxlərdə tez-tez istifadə edilən ədviyyatdır. Zəncəfil şəfa məqsədilə ədviyyat, çay və birbaşa yeyilən qida kimi müxtəlif formalarda istifadə edilə bilər. Qadinlar.biz sayti aile.lent.az-a istinadən zəncəfilin hər dərdə dərman olan 8 faydasından bəhs edəcək.


  1. Astmaya yaxşı təsir edir
 Son illər aparılan araşdırmalar sübut edib ki, zəncəfil astma tutmalarını yüngülləşdirmə gücünə malikdir. Astma müalicəsində istifadə edilən ən təsirli təbii vasitədir.
 
 2. Əzələ ağrılarına faydalıdır
 Zəncəfil əzilərək ağrıyan əzələ üzərinə tətbiq olunduqda, əzələ ağrılarını yüngülləşdirir və yaxşılaşma prosesinin daha sürətli olmasını təmin edir.
  
3. İltihabın qarşısını alır
 Zəncəfilin tərkibində olan gingerol iltihab problemləri olan insanlara dərman kimi faydalıdır. Xüsusilə sümüklərdə yaranan infeksiyaların və yaş artdıqca ortaya çıxan oynaq ağrılarının azalmasında əhəmiyyətli rol oynayır.
  
4. Cinsi gücü artırır
 Zəncəfilin eyni zamanda afrodizyak təsiri var. Tarix boyu zəncəfil cinsi gücü artıran vasitə kimi istifadə edilib. Xüsusən də kişilər uşaq sahibi ola bilmək üçün bu ədviyyatdan tez-tez yararlanıblar. Zəncəfildən Osmanlı dövründə padşahların istifadə etdikləri faktları da isbat edilib.
 
 5. Sancılı menstruasiya dövründə ağrıları yüngülləşdirir
 Zəncəfil menstruasiya ağrılarının keçməsi üçün əsrlər boyu istifadə edilən və təbii bir ağrı kəsici olaraq qəbul edilmiş bitkidir. Bununla yanaşı, menstruasiya əvvəli müşahidə edilən yorğunluq və halsızlığa yaxşı təsir edir. Nizamsız menstruasiyanı tarazlamağa kömək edir.
 
 6. Mədə bulantısının qarşısını alır
 Zəncəfil mədə bulanrtısının qarşısını almaq üçün ən uyğun həll yoludur. Xüsusilə hamilələr ürək bulanmalarının qarşısını almaq üçün az miqdarda zəncəfil yeyə və ya  çayıni içə bilərlər.
  
7. İshala kömək edir
 İshal baş verdikdə bir stəkan zəncəfil çayı içmək və ya yemək məsləhətdir. Eyni zamanda ishalla birlikdə itirilən bədəndəki su nisbətini tarazlamağa kömək edir.
  
8. İmmunitet sistemini gücləndirir
 Zəncəfil qrip və soyuqdəymə kimi narahatlıqlarda tərləməyə kömək olaraq xəstəliyin yaxşılaşmasında əhəmiyyətli rol oynayır.  Xüsusilə bal və zərdəçal ilə birlikdə hazırlandığında bu narahatlıqlara dərmanlardan daha yaxşı təsir edir. 
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 11 220
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri