Başı ağrıyanlar, DİQQƏT: ovcunuza töküb iyləsəniz...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 262
Səs ver:
(səs: 0)
Xına qoymaq həm evlilik adətlərində, həm də gözəllik üçün istifadə edilən məşhur bir üsuldur. Lakin xınanın da faydaları ilə yanaşı, zərərləri var. Bu təbii rəngin olar-olmazlarından bəhs edək.

Xına daha çox dəri, saç və dırnaq sağlamlığı üçün istifadə edilir. İlk növbədə onu qeyd edək ki, xınanın sağlamlıq baxımından faydaları və zərərləri istifadəsindən, miqdarından asılıdır.
Xınanın faydalarını bu cür sıralamaq olar:
Dəriyə faydaları: Qismən dəri xəstəliklərinin müalicəsində istifadə olunan xına ehtiva etdiyi maddələrin köməyi ilə dərinin qalınlaşmasını təmin edir. İncə, zərif, nazik dərilərdə meydana gələn qabıqlanmanın qarşısını alır. Bununla yanaşı, xına dəri hüceyrələrinin sağlamlığının qorunmasında bilavasitə iştirak edir.
Saçlara faydaları: Saçlar üçün xınanın ən əhəmiyyətli faydası tökülməyə qarşı təbii şəfa qaynağı olmasıdır. Bununla yanaşı, ümumi saç sağlamlığı üçün olduqca önəmlidir. Daim saçlara xına qoymaq qırılmaların qarşısını alır. Xına saçların vaxtından tez tökülməsinə mane olur. Saç dərisində PH dəyərinin sağlam səviyyədə olmasına kömək edir. Xınanın PH dəyərini nizama salması kəpək problemi və saç dərisində quruluğun aradan qalxmasını da təmin edir.
Kəpəyə qarşı təsirli və təbii müalicə olan xına, saçların yumşalmasını təmin edir, ipək görünüş qazandırır. Saçlara faydalarını maksimum səviyyəyə çıxarmaq üçün xınanı saçlara sıyıq şəklində qoymaq məsləhətdir. Xına yeni saç çıxmasına şərait yaradır, saç köklərinin sağlamlığını təmin edir.
Ağrıkəsici xüsusiyyəti: Xınanın ağrıkəsici xüsusiyyəti var. Hər hansı bir səbəbdən ağrıyan hissəyə xına qoymaqla ağrının azalmasını təmin etmək mümkündür. Xına yanıq yaralarına faydalıdır, ağrını azaltdığı kimi, yanıq yarasının sürətlə yaxşılaşmasına kömək olur.
Xınanın açıq yaralara da faydalı olması da sübut edilib. Yaranın verdiyi ağrını yüngülləşdirir, bu xüsusiyyəti sayəsində qırılma, çıxma, burxulma kimi hadisələrdən qaynaqlanan ağrılara qarşı da istifadə edilir.
Dırnaqlara faydaları: Dırnaq müalicəsində xına məşhur çarə kimi istifadə edilir. Xüsusilə qırılmağa meyli olan dırnaqları müalicəedici xüsusiyyəti var. Xına sıyıq halında dırnaqlara sürtülür və qırılma meyli olan dırnaq quruluşunun aradan qalxmasını təmin edir. Təbii yağ və xına tozu qarışığı istifadəsi isə maksimum səmərə verər.
Qotur müalicəsi: Heyvanlarla çox təmas zamanı ortaya çıxan dəri xəstəliyi olan qotur xəstəliyinə qarşı xına faydalıdır. Qotur xəstəliyindən təsirlənən hissəyə sıyıq halında xına tətbiq olunması problemin aradan qalxmasını təmin edə bilər.
Qaraciyərə faydaları: Sağlamlıq baxımından son dərəcə xeyirli bitki olan xına qabığı qaraciyər üçün faydalıdır. Xına bitkisi qabığı eyni zamanda sarılıq xəstəliyinin müalicəsində də istifadə olunur.
Psixologiyaya təsiri: Xınanın özünə xas qoxusu mərkəzi sinir sistemi üçün faydalıdır. Xına qoxusu sinirlər üzərində müsbət təsir göstərərək, sinirlərin boşalması və rahatlamasını təmin edir.
Baş ağrısı: Baş ağrısına daha çox qırmızı və çəhrayı rənglərdə xına çiçəkləri yaxşı təsir edir. Bundan başqa, baş ağrısını kəsmək üçün xınanın məcun şəklində tətbiq olunması mümkündür.
Sızanaq və çivzə: Xına sızanaq və çivzə müalicəsində də istifadə edilir. Bundan başqa, dərinin və ya dərinin fərqli bölgələrində meydana gələn dəri xəstəliklərinə qarşı xına müalicə aparıla bilər.
İltihab: Yanıqlar üçün təsirli bir şəfa qaynağı olan xına, eyni zamanda qarqara edildikdə dildə və ya ağız boşluğunda yaranan iltihab xəstəliklərinə yaxşı təsir edir.
Xınanın digər faydaları:
Alternativ tibb tərəfindən xəstəliklərin müalicəsində geniş şəkildə istifadə edilən xınanın digər faydaları da var.
- Bal mumu və gül yağı ilə qarışdırılaraq, qoyulan xına kürək və bel ağrılarına faydalı gələ bilər.
- Bəzi qaynaqlar cinsi istəyi artırdığını da deyir.
- Xına ayaqlara qoyulduqda suçiçəyi və bəzi göz xəstəliklərinə faydalı olur.
- Xınanın eyni zamanda təsirli bir böcək, həşərat qovucu olduğu da düşünülür.
- Xına ayaqlarda meydana gələn göbələk zəhərlənmələrini aradan qaldıra bilər.
- Baş dərisinə çəkildikdə baş dərisi çibanının meydana gəlməsinə mane olur.
- Xınanın eyni zamanda təmizləyici xüsusiyyəti var, bu özəlliyi sayəsində ovuc içlərinə də qoyulur. Ovuc içinə qoyulan xınanı iyləmək baş ağrısına yaxşı təsir edir.
- Zeytun yağı ilə qarışdırılaraq, tətbiq olunduqda əzələ sağlamlığına faydalı təsir edir. Xınanın əzələ sağlamlığına faydalı olması qədim zamanlardan bəllidir.
- Anti-bakterial xüsusiyyəti sayəsində xına infeksiya və iltihab xəstəliklərinə qarşı təsirlidir.
- Xına qismən bəzi xərçəng şişlərinin inkişafını mane ola bilər.
- Dalaq sağlamlığına faydaları olduğu hələ də araşdırılır. Son zamanlarda dalaq sağlamlığı üçün geniş şəkildə istifadə edilməyə başlanılıb.
- Bəzi qaynaqlar xınanın spazmları azaltdığını qeyd edir.
Xınanın zərərləri
Xına əsasən saç və dəri üçün istifadə edilir. Lakin insanın sağlamlıq imkanlarına bağlı olaraq, dəridə qızarma, şişmə, yanma və s. kimi problemlərə səbəb ola bilər.
Həssas dərilərdə allergiya verə bilər.
Tənəffüs yollarında allergiyaya səbəb ola bilər.
Öskürmə və astma xəstələrinə nəfəs darlığı yaşada bilər.
Xınanı ağza almaq tövsiyə edilmir.
Xınanın səhvən udulması təcili tibbi müdaxilə tələb edir.
Uşaqlarda və körpələrdə xına bəzi dəri problemləri yarada bilər.
Hamiləlik dönəmində ağza xına almaq qəti olmaz.
Eyni formada əmizdirmə dövründə ağıza xına təması olmaz.
Xınaya qarşı allergiyanız varsa, uzaq durmalısınız
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 262
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri