Ürəyi sağlam edən RƏVƏND

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 4 348
Səs ver:
(səs: 0)
Turşəngin yaxın qohumu olan rəvənd xoş, turşməzə dada malikdir. Rəvənd xarici görünüşə görə pıtrağa oxşayır.

Bitkinin yarpaqları yeyilmir, yalnız gövdələrdən istifadə olunur.

Rəvəndin qırmızımtıl gövdələri əsl vitamin və mineral mənbəyidir. Rəvənd B qrupu, A, C, E, P vitaminlər, orqanik turşular, mineral duzları, pektinlər, dəmir, maqnezium və s. faydalı maddələlə zəngindir. Rəvəndin istehlakı hipovitaminozun qarşısını alır, gümrahlıq verir, orqanizmi tonuslaşdırır, immun sistemini möhkəmləndirir.

Rəvəndi təzə halda salatlara əlavə etmək, qovurmaq, qutablara və s. yeməklərə əlavə etmək olar. Həmçinin rəvənddən çox dadlı kompot, kisel və mürəbbə də bişirmək olar.

Rəvənd ürək-damar sistemi üçün çox faydalı sayılır. Bitki ürək əzələsini möhkəmləndirir, ürək hüceyrələrini qoruyur, ürək-damar sistemi xəstəliklərinin, ürək çatışmazlığının inkişafının qarşısını alır.

Pektinlərlə zəngin olan rəvənd orqanizmdə xolesterolun səviyyəsini aşağı salır ki, bu da ürək-damar sisteminin əsas düşməni olan aterosklerozun inkişafının qarşısını alır.

Polifenol maddələri ilə zəngin olan rəvənd orqanizmi onkoloji xəstəliklərdən müdafiə edir.

Rəvənd qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir, qəbizliyin qarşısını alır.

Rəvənd diyetoloqların ən sevimli məhsullarından biridir. Rəvənd azkalorilidir, həm proseslərini yaxşılaşdırır, piyləri "yandırır".
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 348
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri