Ürəyi möhkəmləndirən xalq təbabəti üsulları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 5 456
Səs ver:
(səs: 3)
Xalq təbabətində ürəyin fəaliyyətini yaxşılaşdıran, ürəyi möhkəmləndirən, damarları xolesterindən təmizləyən və onların elastikliyini artıran çox təsirli vasitələr var.
Bu vasitələri hər bir insan profilaktik məqsədi ilə istifadə edə bilər.
- Yemişan ürəyin fəaliyyətini yaxşılaşdırır, ürəyin ritmini tənzimləyir. 3 xörək qaşığı yemişan meyvələrin üzərinə 0,5 l qaynar su əlavə edin və 10 dəqiqə ərzində vam odda  bağlı qabda qaynadın. Sonra süzün və gündə 3 dəfə 1/3 stəkan olmaqla qəbul edin.
- 3 xörək qaşığı pişikotu, 3 xörək qaşığı boymadərən otu, 3 xörək qaşığı nanə yarpaqları 1 l qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və gündə 3 dəfə yeməkdən 40 dəqiqə əvvəl 1/3 stəkan olmaqla qəbul edilir.
- "Cavanlıq" balzamı xalq təbabətində çox tanınmış və effektli vasitədir. Bu balzamı hazırlamaq üçün 0,5 kq sarımsaq və 2 limon (qabığı ilə) ətçəkən maşınından keçirilir, 0,5 kq bal əlavə olunur (qarabaşaq, cökə balı ən yaxşı seçimdir) və yaxşı qarışdırılır. Balzamı dərhal qəbul etmək olar. Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı balzam qəbul edin. Balzam qurtardıqdan sonra 1 ay fasilə edin və sonra müalicəni təkrar edin. Balzamı soyuducuda minalanmış qabda saxlayın.
- 3 portağal qabığı ilə birlikdə ətçəkən maşınından keçirilir, 1/3 stəkan kətan yağı və 1/3 alma sirkəsi (təbii alma sirkəsindən istifadə edin) əlavə olunur, yaxşı qarışdırılır. Gündə 3 dəfə yeməkdən sonra 1 çay qaşığı qəbul edin. Bu vasitəni soyuducuda şüşə bankada saxlayın.
- Bu çox dadlı və faydalı vasitədir. 1 stəkan qoz, 1 stəkan qara üzüm, 1 stəkan ərik qurusu, 1 stəkan bal, 3 dənə limon (qabığı ilə) ətçəkən maşınından keçirilir, yaxşı qarışdırılır və gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 xörək qaşığı olmaqla qəbul olunur. Qarışıq soyuducuda minalanmış qabda saxlanılmalıdır.
- Propolis (arı yapışqanı) sürtgəcdən keçirilir (3 xörək qaşığı), 1/2 l qaynar su əlavə olunur və 10 dəqiqə ərzində vam odda bağlı qabda qaynadılır. Dəmləməni yeməkdən 30 dəqiqə əvvəl gündə 3 dəfə 1 xörək qaşığı olmaqla qəbul edin.
- 1/3 stəkan küncüt yağı, 1/2 stəkan bal, 3 dənə blenderdə əzilmiş limon (qabığı ilə) yaxşı qarışdırılır. Bu vasitəni gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 çay qaşığı olmaqla qəbul edin. Vasitə soyuducuda bağlı qabda saxlnılmalıdır.
- 5 dəstə cəfəri, 1/2 stəkan qoz, 2 dənə qreypfrut blenderdə əzilir, 1/3 stəkan bal əlavə olunur və yaxşı qarışdırılır. Vasitəni yeməkdən 30 dəqiqə əvvəl gündə 3 dəfə 1 çay qaşığı olmaqla qəbul edin.
Bütün sadaladığımız vasitələr orqanizmi möhkəmləndirir və immuniteti gücləndirir.
(səs: 3)
Şərhlər: 0
Baxılıb: 5 456
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri