Qızıl süd - qədim hind reseptinin faydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 760
Səs ver:
(səs: 0)
Şərqdə sarıkök qədim zamanlardan müxtəlif xəstəliklər zamanı müalicəvi vasitə kimi uğurla istifadə olunurdu. Bu müalicəvi vasitə "qızıl süd" adlanır.
Qızıl südün hazırlanması üçün 1/2 çay qaşığı sarıkök 1 çay qaşığı balla yaxşı qarışdırılır. Sonra bu qarışığın üzərinə 1 stəkan qaynanmış ilıq süd əlavə olunur və yenə də yaxşı qarışdırılır. Süd isti olmamalıdır, bu çox vacibdir. Bu qarışıq yatmazdan əvvəl içilir. Müalicə kursu - 4 həftə.
Qızıl süd çox effektli müalicəvi vasitədir. Qızıl süd orqanizmə ümumi möhkəmləndirici təsir göstərir, immun, sinir sistemini möhkəmləndirir, insanı daha gümrah edir, orqanizmi ziyanlı maddələrdən təmizləyir, orqanizmdə olan iltihablarla mübarizə aparır, bakteriya və virus əleyhinə təsir edir.
Qızıl südün köməyi ilə öskürək, soyuqdəyməni müalicə etmək mümkündür.
Qızıl süd dəriyə də çox müsbət təsir edir, dərini cavanlaşdırır, daha təravətli edir.
Mədə-bağırsaq sistemi xroniki xəstəlikləri zamanı qızıl südün qəbulu ziyanlı ola bilər. Bu səbəbdən bu vasitəni istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 760
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri