8 ən faydalı meyvə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 075
Səs ver:
(səs: 0)
Meyvələrin faydalı olduğunu hamı bilir. Onların tərkibində çoxlu sayda vitaminlər və vacib mikroelementlər var. Meyvələrdən istifadə çəkinin azalmasına gətirir. Bundan başqa onlar həmdə dadlıdırlar. Bütün meyvələrin faydalı olması danılmazdır, lakin bəzilərinin faydası daha çoxdur və bizim gündəlik rasionumuza girməyə layiqdirlər.Beləliklə, sizə ən faydalı meyvələri təqdim edirik :

1. Banan
Bu meyvə təzyiqi salır və qan-damar xəstəliklərinin qarşısını alır. Turşuluğu azaldaraq və qıcqırmanı aradan qaldıraraq, mədənin işini normallaşdırır, əhval-ruhiyyəni yüksəldir, həmçinin banan – kifayət qədər qidalı olduğundan, onu rahatlıqla səhər yeməyi və atışdırmalıq kimi də, istifadə etmək olar.

2. Qreypfrut
Bu meyvə həzmi yaxşılaşdırır və yeməyin yaxşı mənimsənilməsinə kömək edir. Qreypfrut, həm də orqanizmdə olan mübadilə proseslərini sürətləndirərək yaxşılaşdırır. Mütəmadi olaraq qreypfrut istifadə etsəniz, bir neçə aya 5-7 kq çəki ata bilərsiniz.

3. Ərik
Əgər indi əriyin mövsümü deyilsə, onda onu qaysı (ərik qurusu) ilə əvəz etmək olar. Əriyin tərkibində, dərinin qocalmasına qarşı mübarizədə mühim rol oynayan beta-karotin vardır, hansı ki həmdə görmə üçün mühimdir. Qaysı - orqanizm üçün enerji mənbəyi olan dəmir və maqneziumla zəngindir, onlar həmçinin sinir sisteminə müsbət təsir göstərir.

4. Manqo
Bu meyvə – ölkəmiz üçün ekzotika hesab edilir, lakin mağazaların piştaxtalarında daha sıx-sıx görünməyə başlayır. 1 manqonun tərkibində C vitamininin sutkalıq norması var, bundan başqa, manqo, artritin qarşısının alınmasına, yaraların sağalmasına və immunitetin möhkəmləndirilməsinə kömək edir.

5. Kivi
Bu meyvə – vitamin quyusudur. Həmçinin o, bağırsaqları təmizləyir və yüngül işlətmə təsiri göstərir. Kivi, çəkinin azaldılması zamanı xüsusi ilə faydalıdır – bu meyvə arıqlama zamanı sizin immunitetinizi möhkəmləndirir və sizin orqanizminizi təmizləyir.

6. Limon
Limonun möcüzəli xüsusiyyətləri haqqında hamı bilir – bu meyvə soyuqdəymələrdə və immunitetin möhkəmlənməsində № 1-dir. Limon, həmçinin əla yağəridicidir və o, iştahanın azalmasına səbəb olur. Limon dilimi ilə su, çəkinin azaldılmasında zəruri vasitədir.

7. Alma
Almalar – onlarsız hara? Əlbəttə ki, yerli almalara üstünlük vermək lazımdır – xüsusən mövsümündə onlardakı vitaminlər, idxal olunanlardan dəfələrlə çox olur. Almalar - pektinin və sellülozanın mənbəyidir, lakin onları qabığı ilə yemək vacibdir.

8. Papaya
Bu meyvəyə mağazalarda tez-tez rast gəlinmir, lakin onu apelsinlə əvəz etmək olar. Yalnız, papayada vitamin C və beta-karotin apelsindən 15 dəfə artıqdır. Papaya, poliartrit riskini və xolesterinin miqdarının azalmasına kömək edir.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 075
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri