Limon – min bir dərdin dərmanı, sağlamlığın ən yaxşı keşikçisi.
Sağlamlığınızı
qorumaq üçün limonu süfrənizdən əskik etməməlisiniz. Çünki alimlər
limon şirəsinin onlarla xəstəliyə kömək olduğunu bildirirlər.
1. Böyrək daşı
Hər
gün yarım stəkan limon şirəsi içmək sidikdəki sitrat səviyyəsini
artıraraq böyrəklərdə daşın meydana gəlməsinin qarşısını alır.
2. Arıqlamağa kömək edir
Araşdırmalar
göstərib ki, limon şirəsi arıqlamağa kömək edir. Bunun səbəbi limon
şirəsinin tərkibindəki pektin maddəsidir. O, maddələr mübadiləsini
sürətləndirir.
3. pH balansını tənzimləyir
Limon orqanizmin pH balansını qoruyur. Bu da immunitet sisteminə yaxşı təsir edir.
4. Temperaturu aşağı salır
Qızdırmanı aşağı salmaq üçün 1 stəkan limon şirəsi için.
5. Kalium
Limonun tərkibində sağlamlıq üçün ən önəmli minerallardan biri - kalium var.
6. Xərçəngdən qoruyur
Limon şirəsi sağlam hüceyrələri qoruyur, xərçəng hüceyrələrinin inkişafının qarşısını alır.
7. Həzmə kömək edir
Limon
şirəsi həzmi yaxşılaşdırır. Mütəxəssislər limon şirəsinin içərisinə bir
qədər kətan toxumu tökməyi tövsiyə edirlər. Bu, onun təsirini daha da
artır.
8. Qaşıntını aradan qaldırır
Ağcaqanad və arı sancmalarının üstünə limon şirəsi çəkərək qaşınmanı aradan qaldıra bilərsiniz.
9. Boğaz ağrısına qarşı
Bal ilə qarışdırıb içmək boğaz ağrısını, qıcıqlanmanı aradan qaldıracaq.