Orqanizminizi adi limonla belə təmizləyin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 482
Səs ver:
(səs: 1)
Sevindirici haldır ki, son bir neçə ildə insanlar sağlamlıqlarına və qida rasionlarına böyük diqqət yetirməyə başlayıblar.
ExoBaku.com sizə sağlamlığınızı və gözəlliyinizi uzun müddət qoruyacaqresept təqdim edir. Adi limonun köməyi ilə siz orqanizminizi təmizləyə və yaxşı nəticələr əldə edə bilərsiniz.

1. Səhər yeməyi üçün limonlu smuzi
Səhər yeməyi gündəlik qidanın əsasını təşkil edir. Səhər yediyiniz yeməklər maddələr mübadiləsinin sürətini müəyyən edir, həzm sistemini işə salır. Səhərlər meyvə, tərəvəz və giləmeyvəli smuzilərə bir qədər təzə sıxılmış limon şirəsi və ya çəkilmiş limon qabığı əlavə etmək çox yaxşı ideyadır.

2. Düz əvəzinə ədviyyat
Yeməkləri dadlı etmək üçün ona limon şirəsi əlavə etməyiniz məsləhətdir. Duza çox meyl etməyin, onun əvəzinə xörəyə ovulmuş limon qabığı əlavə edin.
 
3. Günün əvvəlində tonik
Əgər orqanizminizi yaxşıca təmizləməyə ehtiyac duyursunuzsa bu tonik tez və effektli təsir göstərəcək. 1 stəkana 1 limonun sirəsini sıxıb, onu ½ ç.q. bal ilə qarışdırın, 1 çimdik istiot, 1x.q. alma sirkəsi və soyuq su əlavə edin.Toniki yuxudan oyanan kimi için.

4. Salat üçün souslar
Mayonez, xardal və digər ədviyyatları kənara qoyun.  Bir qədər limon şirəsi, bal və zeytun yağını qarışdırın.  Zövqə görə duzlayıb istiotlayın və yaxud da heç duz, istiot əlavə etməyin.

5. Dəri üçün vasitə
Əgər dəriniz şlaklar səbəbindən səpibsə, limon şirəsi və sarıkökdən ibarət xüsusi maz düzəldin. Bu iki məmulatı qarışdırın və problemli nahiyələrə çəkin.
 
6. Limonlu su
1 stəkan linonlu soyuq su həzm sistemini yaxşılaşdırır və əla təmizləyici təsir göstərir. Su içmək istədiyiniz vaxt doğranmış limon halqaları və xiyarı suyun içərisinə atıb için. Onları suya qatdıqdan sonra həll olması üçün bir qədər gözləyin.
 
7. Zəncəfil və limon qarışığı
Limon və zəncəfil maksimum detoksikasiyanı təmin edəcək. Şirəçəkən maşında 2 ədəd limon və təxminən 5 sm. uzunluğunda zəncəfil kökünü çəkin. Alınmış şirəni birnəfəsə için. Bu içki xüsusən soyuq havalarda və qışda yaxşı təsir edir.

8. Limonlu çay
İstənilən çayı, istər qara, istər yaşıl, istərsə də bitki çayı olsun, limonla için. Limon onların hər biri ilə yaxşı gedəcək. Bir az limon şirəsini və ya bir neçə halqasını çaya əlavə edin. Dadlı olmaqla yanaşı, həm də faydalı olacaq.
 
9. Limonlu şirələr
Sıxılmış meyvə şirələri sağlam qidanın əsasını təşkil edir. Onların effektini artırmaq üçün şirəçəkən maşından limon və tərəvəzləri də çəkib əlavə edin.
Ümümiyyətlə, limon çox möcüəli təsirə malik sitrus meyvəsidir, həm dadlı, həm faydalı, həm də müalicəvi təsirə malikdir.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 482
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri