Böyrək daşından qorunmaq üçün nə etməliyik?

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 3 199
Səs ver:
(səs: 1)
Böyrək daşı böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. Əsasən, maddələr mübadiləsinin müxtəlif səbəblərdən pozulması nəticəsində yarandığı bildirilən bu xəstəliyin həm də irsi xarakter daşıdığı təsdiqlənib.
 
Xəstəlik sidik yolları sistemində daşların yaranması ilə səciyyələnir. Bu zaman böyrəklərdə və ya sidik xaric edən digər orqanlarda daş əmələ gəlir.
 
Bəzən özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər. Belə olan halda, digər orqanların hər hansı xəstəliyinin müayinəsi zamanı aşkar edilir. Əksər hallarda isə, ağrı tutmaları, sidik ifrazı zamanı olan pozğunluqları və digər əlamətlərlə müşayiət olunurlar. Böyrək daşı xəstəliyini müalicə etmək lazımdır. Çox şiddətli ağrılar başlamadan önləyici tədbirlər görməkdə fayda var.
 
Böyrək daşının yaranmasının qarşısını almağın ən başlıca maddəsi sudur. Mümkün olduğu qədər çox su içməyə cəhd göstərin. Xüsusilə, gündə iki litrdən çox su içmək böyrək daşı əmələ gəlməsinə mane olur.
 
Sidikdə turşu tarazlığının pozulmaması üçün limonad, kola kimi içkilər içməyin. Limon şirəsi də kalsium daşlarına qarşı qoruyucu xüsusiyyətə malikdir.
Həddi aşmamaq  şərtilə süd və süd məhsulları istehlak etməliyik.
 
Bəzi qidaların: çuğundur, qara çay, soya, kakao, şokolad, istiot, fındıq, böyürtkən, çiyələyin tərkibində həddindən artıq oksalat olduğu üçün bunları çox yemək olmaz. Bununla yanaşı, bol lifli qidalara üstünlük verməkdə fayda var.
 
Son olaraq böyrək daşı əmələ gəlməsini əngəlləmək üçün duz istifadəsini azaltmaq lazımdır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 199
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri