Diabet xәstәlәri üçün xalq təbabəti

Müəllif: arzum-aysum
Şərhlər: 1
Baxılıb: 2162
Səs ver:
(səs: 0)
2­ci tip şәkәrli diabet çox yayılmış vә müxtәlif ağır fәsadlar verәn xәstәlikdir. Lakin hәkimlәrin fikirinә görә, müәyyәn şәrtlәrә әmәl etdikdә bu xәstәliyә tam kontrol etmәk, xәstәliyin fәsadlarının riskini minimuma çatdırmaq mümkündür. Şәkәrli diabet xәstәsi şәkәrin sәviyyәsinә daim nәzarәt etmәli, pis vәrdişlәrdәn imtina etmәli, mütlәq müәyyәn pәhriz saxlamalıdır. Pәhriz bu xәstәlik zamanı müalicәnin tәrkib hissәsidir. Şәkәrli diabet xәstәlәri üçün әn faydalı mәhsullar: kәlәm, xiyar, lobya, soğan, turp, kahı, cәfәri, kәrәviz, turş alma, sitrus meyvәlәri (xüsusilә qreypfrut), böyürtkәn, qoz, sıyıqlar (xüsusilә qarabaşaq, yulaf yarması sıyıqları), yağlılğı az olan süd mәhsulları.
Qanda şәkәrin sәviyyәsini tәnzimlәyәn bir çox xalq tәbabәti üsulları mövcuddur. Müalicәvi effekt almaq üçün bu vasitәlәrdәn 2­4 hәftә әrzindә istifadә etmәk lazımdır. Vasitәlәri növbәlәşdirmәk olar. Tәbii ki, istәnilәn vasitәni istifadә etdikdәn әvvәl mütlәq endokrinoloqla mәslәhәtlәşmәk lazımdır.

Xalq tәbabәti qanda şәkәrin sәviyyәsinin tәnzimlәnmәsi üçün bu kimi vasitәlәri tövsiyә edir:

-2 xörәk qaşığı üyüdülmüş qarabaşaq 1 stәkan yağlılığı az olan kefirdә qarışdırın vә sәhәr vә axşam qida qәbulundan 40 dәqiqә әvvәl qәbul edin. ­
 
-Dәfnә yarpaqları dәmlәmәsi: axşamdan termosda 10 dәfnә yarpağı 1/2 l qaynar suda dәmlәyin vә növbәti gün hәr qida qәbulundan 30 dәqiqә әvvәl stәkanın 1/3 hissәsi olmaqla için. ­
 
-Qara qarağat, böyrütkәn yarpaqların dәmlәmәlәri dә çox yaxşı effekt verir. ­
 
-1 xörәk qaşığı yemişan 1 fıncan qaynar suda dәmlәyin vә qida qәbulundan әvvәl çay kimi içilir. ­
 
-İtburnu dәmlәmәsi çox tәsirli vasitәdir. 5 xörәk qaşığı itburnu yaxşı әzin vә axşamdan termosda 1 l qaynar suda dәmlәyin. Sәhәr bir neçә dәfә yaxşı süzün vә gündә 3 dәfә qida qәbulundan әvvәl stәkanın 1/3 hissәsi olmaqla için. ­
 
-1 xörәk qaşığı qoz qabıqlarının arakәsmәlәri 1 stәkan qaynar suda 30 dәqiqә әrzindә dәmlәnilir, süzülür vә hәr qida qәbulundan әvvәl 1 xörәk qaşığı olmaqla içilir.
 
-­ Sәhәr vә axşam qida qәbulundan әvvәl stәkanın 1/3 hissәsi olmaqla yerarmudu şirәsini için. ­
 
-Adi soğan qanda şәkәrin sәviyyәsini çox yaxşı tәnzimlәyir. Gündә 2 dәfә qida qәbulundan әvvәl 1 xörәk qaşığı soğan şirәsini için. Soğanın iyi sizi narahat edirsә, digәr üsuldan istifadә edin: 1 baş soğan sobada bişirin (qabıqlı), soyun vә gündә 1 dәfә yemәkdәn әvvәl yeyin.
 
-­ 1 xörәk qaşığı yonca çiçәklәri vә yarpaqları 1 stәkan qaynar suda 3 saat әrzindә dәmlәnilir vә gündә 3 dәfә stәkanın 1/3 hissәsi olmaqla qәbul edilir. ­
 
-1 xörәk qaşığı zirinc 1 stәkan qaynar suda dәmlәnilir vә gündә 3 dәfә qida qәbulundan әvvәl 2 xörәk qaşığı olmaqla içilir. ­
 
-Yulaf qanda şәkәrin sәviyyәsini tәnzimlәmәyә yaxşı kömәk edir. Bunun üçün 1 stәkan yulafın üzәrinә 1 l qaynar su әlavә olunur vә vam odda kip bağlı qazanda 20 dәqiqә әrzindә qaynadılır. 1 saatdan sonra suyu süzün vә gündә 3 dәfә qida qәbulundan әvvәl stәkanın 1/3 hissәsi olmaqla için. 
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2162
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri