Zoğalın xalq təbabətində istifadəsi

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 3 019
Səs ver:
(səs: 2)
Zoğal çox faydalı giləmeyvədir. Qədim zamanlardan bu giləmeyvə öz müalicəvi xüsusiyyətlərlə tanınır.
Zoğal C vitamini ilə zəngindir. Bu giləmeyvədə C vitamini sitrus meyvələrdə olduğundan çoxdur. C vitamini damaqları möhkəmləndirir. Məhz bu səbəbdən keçmişdə zoğal dişlərin tökülməsi ilə müşayiət olunan sinqa xəstəliyi ilə mübarizədə geniş istifadə olunurdu.

Zoğal həmçinin qədim zamanlardan bağırsaqları yığan təbii vasitə kimi tanınır. Zoğal kompotu, zoğal meyvəsinin dəmləməsi ishal zamanı təbii dərman kimi istifadə olunur. Belə dəmləməni hazırlamaq üçün 1 xörək qaşığı quru və ya 2 xörək qaşığı təzə zoğal 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir (termosda dəmləmək daha yaxşıdır) və gündə 3 dəfə yeməkdən əvvəl içilir. Bu məqsədlə zoğal mürəbbəsini də istifadə etmək olar (1 xörək qaşığı zoğal + 1 stəkan qaynar su).
Uşaqlara ishal zamanı zoğal kiseli vermək çox yaxşıdır - bağırsaqlar həm təmizlnir, həm də yığılır.Ümumillikdə pektinlərlə zəngin olan zoğal bağırsaqları müxtəlif ziyanlı maddələrdən çox yaxşı təmizləyir.
 
-Zoğal həzm prosesləri yaxşılaşdırır, iştahanı artırır, qıcqırmanı azaldır, ödqovucu təsir edir.
 
-Zoğal arterial təzyiqi normallaşdırır, "pis" xolesterinin səviyyəsini aşağı salır, qanın tərkibini yaxşılaşdırır, sklerozun qarşısını almağa kömək edir.
 
-Zoğalın tərkibində olan rutin maddəsi damarları və kapilyarları möhkəmləndirir, onların elastikliyini artırır, iltihabı və ödemi azaldır. Bu səbəbdən damar xəstəliklərindən əziyyət çəkən insanlar bu giləmeyvəni tez-tez qəbul etməlidir.
 
 -Zoğal qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən şəkərli diabet zamanı xeyirlidir. Həmçinin zoğal mədəaltı vəzinin fəaliyyətini yaxşılaşdırır.
 
-Zoğal iltihab, bakteriya və virus əleyhinə təsirə malikdir. Zoğal dəmləməsi soyuqdəymə və kəskin respirator infeksiyaları zamanı çox yaxşı müalicəvi təsir edir, hərarəti salır, immun sistemini möhkəmləndirir.
 
-İmmun sistemini möhkəmləndirmək üçün zoğal çayından istifadə edin. 1 xörək qaşığı təzə zoğal 1 fincan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, 1 çay qaşığı bal əlavə edin və için.
 
-Sidik kisəsi və sidik yolları iltihabları zamanı zoğal sidikqovucu və iltihabəleyhinə vasitə kimi istifadə olunur. Bu məqsədlə zoğal və onun yarpaqları istifadə olunur.
 
-Zoğal podaqra və artritdən əziyyət çəkən insanlar üçün xeyirlidir.
 
-Xalq təbabətində zoğal yarpaqlarından da geniş istifadə olunur. Damaq xəstəlikləri və iltihabları zamanı, ağız boşluğu iltihabları zamanı zoğal yarpaqlarının dəmləməsi çox yaxşı kömək edir.
 
-Zoğal orqanizmdə gedən mübadilə prosesləri yaxşılaşdırır, piylərin daha tez parçalanmasını təmin edir.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 3 019
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri