Xərçəng əleyhinə dərmanlar kişilərdə ikiqat daha yaxşı nəticə verir - ARAŞDIRMA

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 542
Səs ver:
(səs: 0)
İtaliyada aparılan bir araşdırmaya görə bədənin immunitet sistemini hərəkətə keçirərək xərçənglə mübarizə aparan yeni nəsil dərmanlar kişilərdə qadınlara nisbətən ikiqat daha yaxşı nəticə verir.

Aparılan tədqiqat zamanı “immunoterapiya”adı verilən üsulla müalicə alan xərçəng xəstələrinin həyatda qalma nisbətləri araşdırılıb. Mütəxəssislər daha əvvəl nümayiş olunan 20 tədqiqatda iştirak edən 11 mindən çox xəstənin nəticələri ilə tanış olublar. Xəstələrin üçdə ikisi kişi, üçdə biri isə qadın olub.

Tədqiqatçılar xərçəngin növü və istifadə edilən dərmandan asılı olmayaraq kişi xərçəng xəstələrinin daha uzun müddət həyatda qaldıqlarını qənaətinə gəliblər. Dərmanların kişilərdə ölüm ehtimalını 28 faiz azaltdığı müəyyən olunarkən, qadınlarda bu nisbətin 14 faiz olduğu görülüb.

Tədqiqatçılar həmçinin, qadın və kişilərin immunitet sistemlərindəki fərqliliyin xərçəng kimi xəstəliklərin gedişində və immunoterapiya müalicəsinə necə cavab verəcəyinin həlledici ola biləcəyini bildiriblər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 542
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri