Həddindən çox tərləmənin 7 gizli səbəbi

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 3 316
Səs ver:
(səs: 1)
Tərləmə insan orqanizminin təbii funksiyasıdır.
Tərləmə zamanı insan orqanizmindən toksiki maddələr ifraz olunur.Bundan əlavə tərləmə termorequlyasiya prosesində (bədən hərarətinin lazım olan səviyyədə saxlanılması prosesi) iştirak edir.
Ağır fiziki iş zamanı və isti havada insan fəal şəkildə tərləyir. Dərinin üzərinə çıxan tərtez buxarlanır və bunun nəticəsində dəri soyuyur.İnsan stress, həyacanlanma zamanı də daha güclü tərləyir. Bu da orqanizmin stressə qarşı olan təbii reaksiyasıdır.
Beləliklə, tərləmə təbii və insan orqanizminin normal fəaliyyəti üçün çox vacib olan bir prosesdir.Lakin bəzi hallarda tərləmə hər hansı xəstəliyin simptomu kimi meydana çıxa bilər.
Bu səbəbdən əgər insan birdən-birə güclü tərləməyə başlayıbsa, buna fikir vermək lazımdır.

Qadınla.Com həddindən çox tərləməyə səbəb olan xəstəliklərinsiyahısını təqdim edir:

- Ağciyər xəstəlikləri (pnevmoniya, vərəm, ağciyər xərçəngi). İnsan xüsusilə gecə saatlarında həddindən çox tərləyirsə, bu halda hər hansı ağciyər xəstəliyindən şübhələnmək olar.

- Şiş xəstəlikləri (xərçəng). Hərarətin səbəbsiz qalxması, güclü tərləmə, zəiflik xərçəng xəstəliyinə işarə edə bilər.

- Tireotoksikoz (qalxanvari vəzi xəstəliyi). Bu xəstəlik zamanı vəz orqanizmə lazım olandan artıq miqdarlarda hormonları ifraz edir.Qalxanvari vəzi orqanizmdə o cümlədən termorequlyasiya proseslərinə də ciddi təsir edir və bu səbəbdən qalxanvari vəzinin fəaliyyətinin güclənməsi tərləmənin artmasına səbəb olur. Tireotoksikozdan əziyyət çəkən insanların dərisi hər zaman isti vənəm olur.
Digər simptomlar
- əsəbilik, əhvalın tez-tez dəyişilməsi, arıqlama, nəbzin tezləşməsi, ishal və s.

- Nevroz və digər sinir sistemi pozulmaları zamanı da həddindən çox tərləmə ola bilər.
- Qadınlarda hormonal fonun geyri-sabit olması (hormonal pozulmalar, klimaks) güclü tərləmə tutmalarına səbəb olur.

- Şəkərli diabet xəstəliyi olan insanlarda qanda şəkərin kəskin düşməsi halsızlıq, güclü tərləmə, ürəkbulanması, nəbzin tezləşməsi kimi simptomlarla müşayiət olunur.

- Ürək xəstəlikləri də həddən çox tərləməyə səbəb ola bilər. Bu zaman tər soyuq olur, əvvəl üz, sonra bütün bədən tərləyir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 316
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri