Bu xəstəlik də sonsuzluğa səbəb olur

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 247
Səs ver:
(səs: 0)
"BYU İnternational" jurnalında alimlərin yeni məqaləsi dərc edilib.

Qadinla.com bildirir ki, məqaləyə əsasən, sonsuz kişilər əsasən diabet xəstəliyindən və metabolizma pozqunluğundan əziyyət çəkirlər
Milan universitetinin alimi Andrea Saloniya məsələ ilə bağlı deyib:

"Bizim müşahidələr göstərdi ki, sonsuz kişilərin 15%-i şəkər xəstəliyindən əziyyət çəkirlər və bir çox halda bundan xəbərsiz olurlar. Diabet xəstəliyi spermanın keyfiyyətinin aşağı düşməsi və FSH hormonunun səviyyəsinin artması ilə müşahidə edilir".

Hesablamalara əsasən, Qərb ölkələrində cütlüklərin 10-15%-i tərəflərdən birinin sonsuz olmasına görə nəsil artıra bilmir. Sonsuzluq nisbəti qadınlar və kişilər arasında eynidir. Sonsuzluğun bioloji səbəbləri isə bir çox hallarda elmə naməlumdur. Çünki genetik mexanizmlər kifayət qədər tədqiq edilməyib.

Saloniya həmkarları ilə birlikdə son illər şəxsi həyatında problemi ilə bağlı müraciət edən 750 kişinin xəstəlik tarixçəsini analiz ediblər. Bu məlumatları, sperma və qan nümunələrini analiz edən alimlər problemi üzər çıxarıblar. Məlum olub ki, ürək və damar problemləri ilə yanaşı bu insanlarda ikinci növ diabet xəstəliyi var.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 247
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri