Sidikdə zülalın çoxluğu nədən xəbər verir?

Müəllif: Marsell
Şərhlər: 2
Baxılıb: 1861
Səs ver:
(səs: 0)
Zülal insan orqanizminin əsas tikinti materialıdır. Zülal molekulları bütün bioloji mayelərin tərkibində müəyyən miqdarda olur. Bu miqdarın artması və ya azalması orqanizmin hər hansı bir funksiyasının pozulmasından xəbər verir.

Sidiyin tərkibində olan zülalin miqdarının normadan artıq olmasının səbəblərini açıqlayır: Sidiyin laborator analizi çox əhəmiyyətli bir göstəricidir. Sidik qandan süzülərək böyrəklərdə formalaşır. Onun tərkibində çox az miqdarda zülal hissəcikləri ola bilər. Sidiyin tərkibində 0.033 qr/l miqdarda zülalın olması normaldır.

Sağlam insanların sidiyində müəyyən bir zaman periodunda zülalın artıq miqdarda olması təhlükəli deyil. Bir çox hallarda sidikdə zülalın artıq miqdarda olması böyrək səbəbindən və böyrəkdə aslı olmayan səbəblərdən yaranır. Sidikdə zülalın miqdarının artıq olmasının bir çox patoloji səbəbləri var: • İdeopatik qlomerulonefrit • Böyrəklərin polikistozu • Böyrəklərin amiloidozu • Qlomeruloskleroz • Böyrək vərəmi • Lupus nefrit • Kəskin kanal nekrozu • Böyrək venalarının nekrozu • Böyrək şişi • Böyrək zədələri Böyrəkdən asılı olmayan səbəblər: • Yüksək qan təzyiqi • Sidik sisteminin iltihabı və şiş xəstəlikləri • Toksikoinfekasiyalar • Şəkərli və şəkərsiz diabet • Bəd xassəli qan xəstəlikləri • İri miqyaslı yanıqlar • Ağciyər xərçəngi • Həzm sisteminin bəd xassəli şişləri Müalicəsi Sidikdə zülalın miqdarının normadan çox olması hər hansı bir xəstəliyin əlaməti olduğu üçün ilk növbədə xəstəliyi aşkarlamaq tələb olunur.

Müalicə metodikası xəstəliyin ağırlıq dərəcəsindən, xəstənin yaşından, əlavə əlamətlərdən asılı olaraq müəyyən edilir
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1861
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri