Ümumi qan və sidik analizi xərçəngi göstərirmi? - CAVAB

Müəllif: Diablo
Şərhlər: 4
Baxılıb: 2 405
Səs ver:
(səs: 0)
Belə bir mif var ki, əgər qanın və sidiyin ümumi analizində hər şey normadırsa, o zaman insanda ciddi xəstəlik yoxdur.

Qadınla.Com xəbər verir ki, Avropa Onkologiya Cəmiyyətinin üzvü Mixail Laskov bildirib ki, qanın ümumi analizinin yaxşı göstəriciləri o demək deyil ki, insan tam sağlamdır və onda bədxassəli proses getmir.
Müəyyən hədd və vaxta qədər onkoloji xəstəliklər heç bir analizdə dəyişiklik yaratmaya bilir.

"Qanın və sidiyin ümumi analizi orqanizmdə iltihabi və virus xəstəliklərini göstərə bilər. Qanın tərkibində dəyişikliklər adi qripdən tutmuş göbələk, kist və iltihabdan qaynaqlana bilər. Hətta onkomarkerlərin yüksəlməsi də bəzən xərçəngə aid deyil. Digər problemləri göstərə bilər. Bir çox şişlər vardır ki, onkomarkerləri yüksəltmir. Onkomarker analizləri yalnız diaqnoz qoyulandan sorna müalicənin effektivliyini qiymətləndirmək üçün həkimə lazım olur".

Ona görə də ümumi qan analizim yaxşı çıxdı deyib, arxayın olmaq və hər şeyi qan analizinə bağlamaq olmaz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 405
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri