Genetik olan xroniki xəstəliklər

Müəllif: my_angel
Şərhlər: 3
Baxılıb: 2 419
Səs ver:
(səs: 0)
Epilepsiya xəstəliyi
Epilepsiya xəstəliyi, beyin hüceyrələrində meydana gələn anormal elektriklənmə nəticəsində bədəndə gözlə görülən təsirlər yaradır. Bütün yaş qruplarında epelepsiya xəstəliyi zamanı ani tutulmalar müşahidə olunur. Bu tutulmalar keçici yaddaş itkisinə səbəb olur. Uşaqlarda da 16 yaşına qədər müşahidə edilir. Əgər belə hallar varsa, vaxt itirmədən nervipotoloqa aparın. Şiddətli baş ağrısının təsiri nəticəsində mədəniz bulana bilər.

Miqren
Düşünüldüyü kimi adi baş ağrısından ibarət deyil. Kişilərə nisbətdə qadınlarda daha çox görülür, kəskin baş ağrıları ilə müşahidə olunur. Bəzi xəstələr ayda bir dəfə, bəziləri daha uzun aralıqlarla baş ağrılarına məruz qalır. Baş ağrısının şiddəti mədə bulantısına da səbəb ola bilər.

Alzheimer xəstəliyi
Alzheimer xəstəliyinə unutqanlıq deyə bilərik, xəstələrin beyin hüceyrələri daha sürətlə itir. Xroniki xəstəlik olan Alzheimerin səbəbi və müalicəsi hələ tapılmayıb. Daha çox 60 yaşdan yuxarı insanlarda ortaya çıxır, ölümcül nəticələri ola bilər. Gündəlik həyatda bəzi məlumatları çox unutmağa başlamısınızsa, təcili həkimə görünün.

Sümük əriməsi (osteoporoz)
Xalq arasında sümük əriməsi olaraq bilinir. Sümüklər kalsiumla inkişaf edir. Genetik faktorlardan əlavə, D vitamini və kalsium çatışmazlığı sümüklərin zəifləyib, qırılqan olmasına səbəb olur. Kürək, bel və boyun bölgəsində görülən ağrılarla özünü göstərir. Həkimə görünün.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 419
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri