Mədə koronavirusu necə olur?

Müəllif: Lalə B.
Şərhlər: 5
Baxılıb: 1 813
Səs ver:
(səs: 0)
Pandemiyanın üçüncü dalğasında pasiyentlərdə koronavirusun daha çox mədə forması rast gəlinir.
Sankt Peterburqdan qastroenteroloq Yuliya Kovovina bildirib.
Mədə koronavirusu Covid infeksiyasının daha çox həzm sistemini zədələməsi ilə xarakterizə olunur.
"İnfeksiya mədədən tutmuş bağırsaqlara kimi selikli qişalarda yığılır. Mədə koronavirusunun əlamətləri klassik, qripə bənzər variantdan fərqlənir. Bu zaman hərarət, öskürək olmur. Ağciyərlər az zədələnir.
Ona görə həkim və xəstələr tərəfindən koronavirusa yoluxma kimi dəyərləndirilmir. Halbuki bu xəstələr də analiz versələr koronavirus aşkarlanacaq.
Mədə koronavirusunda mədədə ağrı, sancı, reflüks, bulanma, göbək aşağısında ağrı, köp, qusma, ishal yaranır.
İştahsızlıq olur. Əgər xəstədə sidik və öddə daş varsa, bu kəskinləşir.
Xəstənin təzyiqi yüksələ bilər, səhərlər qaytarma refleksi olur, öyüyür, amma qusmur".
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 813
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri