Həftədə nə qədər ət yemək lazımdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 819
Səs ver:
(səs: 2)

 

http://imgs.su/tmp/1315556526-656.jpg

 

Məşhur ürək həkimi sağlam həyat üçün tövsiyyələrini açıqlayıb.

Nə qədər ət yemək lazımdır? Bu sualı dünyanın ən tanınmış ürək cərrahlarından biri olan türkiyəli Mehmet Öz cavablandırıb. Anspress-in "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, məşhur "Time" jurnalının üz qabığına çıxan azsaylı türklərdən biri olan həkim sağlam həyat üçün istifadə edilməli olan qidaların adlarını açıqlayıb. Mütəxəssis sağlam və uzun ömür üçün oxuculara üç məsləhət verib: "Həm ət, həm tərəvəz yeyin", "Torpaqda yetişən qidaları seçin" və "İdman edin". Onun digər tövsiyyələri isə belədir:

- Gülkələmi - xolesterolu salır. Qaraciyərləri təmizləməyə kömək edir.
- Zeytun yağı - ürək xəstəlikləri riskini azaldır.
- Omeqa 3 - beynin sağlam inkişafı üçün idealdır.
- Yumurta - mütəxəssis gündə bir yumurta yeməyi məsləhət görür (yüksək təzyiqdən əziyyət çəkənlər istisnadır).
- Qırmızı şərab - üzümdə olan antioksidantlar ürək xəstəlikləri riskini azaldır, artıq çəki ilə mübarizə aparır. Kalorisi az olduğu üçün gündə iki qədəh içilə bilər.
- Şokolad - içərisindəki süd nə qədər azdırsa, bir o qədər faydalıdır. Daha çox qara şokoladdan istifadə məsləhət görülür. Həftədə bir neçə dəfə 30 qram şokolad yemək faydalıdır.
- Çərəz - aclığı və pis xolestrolu azaldır.
- Qəhvə - içindəki antioksidantlar sayəsində Parkinson xəstəliyi riskini azaldır. Ancaq çox içildikdə sinir sisteminə pis təsir edə bilər.
- Süd - südün tərkibindəki maddələr qidaların tez həzm olunmasına kömək edir. Bu da yağların bədəndə çox qalmasının qarşısını alır. Gündə yarım litrə qədər süddən istifadə etmək olar.
- Ət - həftədə ən çoxu 0,5 kq ət qəbul edilməlidir. Bundan artığı çəkinin artmasına və sağlamlıqla bağlı problemlərə səbəb ola bilər.
- Çiyələk və böyürtkən - içərisindəki yüksək miqdarlı antioksidantlar yaşlılıqla bağlı yaranma riski yüksək olan ürək xəstəlikləri, xərçəng və diabetin qarşısını almağa kömək edə bilər.

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 819
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri