Azərbaycanda süni mayalanma neçəyədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 14 291
Səs ver:
(səs: 4)

http://imgs.su/tmp/1315567956-656.jpg

Təəssüf ki, son dövrlərdə ailəli cütlüklər arasında təbii yolla övlad sahibi ola bilməyənlərin sayı artır. Belə hallar artıqca, tibbdə də bəzi yeniliklər aşkara çıxır. Qadinlar.Biz "ANS"-ə istinadən bildirir ki, 5-10 il bundan əvvəl nadir adamlar övlad sahibi olmaq üçün süni mayalanma metodunu eşitmiş və ümumiyyətlə bu üsülü tətbiq etmişdilər.

Terapevtik müdaxilənin effekt vermədiyi hallarda son çarə kimi ailələr "sınaq şüşəsində uşaq" sifariş verə bilər. "Sınaq şüşəsində uşaq" texnologiyası və ya süni mayalanma - qadın bətnində gedən proseslərin laboratoriyada həyata keçirilməsi deməkdir. Yəni, hər iki tərəfin cinsi hüceyrələrindən istifadə etməklə, laborator şəraitdə yaranmış embrion yenidən qadının bətninə yerləşdirilir.

Süni mayalanma üzrə mütəxəssis Sevinc Sevdimalıyevanın sözlərinə görə, yumurta hüceyrələri toplandıqdan sonra kənarda sperma ilə mayalandırılır və 2-3 gündən sonra müvafiq olaraq uşaqlıq boşluğuna embrion köçürülür. Bundan 12-14 gün sonra analiz verilir, yəni hamiləlik testi aparılır.

Avropada bu üsul çoxdan tətbiq olunur - ilk belə uşaq 28 il əvvəl dünyaya gəlib. Amma bizdə "sınaq şüşəsində uşaq" texnologiyasından çoxlarının xəbəri yoxdur. Bilənlər arasında bu üsuldan utananlar və ya ehtiyat edənlər də var. Həkimlər bunun sadəcə dərmanın işə yaramadığı halda, texnologiyaların köməyə gəlməsi kimi izah edir.

Mütəxəssis bəzən insanların süni mayalanma sözünü çox soyuq qarşıladıqlarını deyir. "Mənim uşağım olmayacaq deyirlər. Bu da maariflənməmədən irəli gəlir. Süni mayalanmadan doğulan uşaq həm atanın, həm də ananın genetik materiallarını daşıyan uşaq olur. El arasında belə söhbətlər olur ki, bu uşaqlar xəstə ola bilər, bu uşaqlarda hər hansı bir genetik patologiya ola bilər. Onu qeyd edim ki, bu cür hamilə qalan xanımların digər hamilələrdən heç bir fərqi olmur".

Məsələnin hüquqi tərəfinə gəldikdə, Sevinc Sevdimalıyeva bildirir ki, əgər müraciət edənlər 18 yaşından yuxarıdırsa və aralarında rəsmi nikah varsa, onda onların bu prosesə tam hüquqları çatır. Bu məqsədlə klinikaya müraciət edənlərə süni mayalanma haqqında ətraflı məlumat verilir və onlara prosesin müsbət və mənfi tərəfləri izah edilir. Bundan əlavə, proses haqqında ətraflı məlumat razılıq ərizəsində, yazılı şəkildə də onlara təqdim edilir. Yalnız bu ərizə ilə tanış olub onu imzaladıqdan sonra süni mayalanma həyata keçirilə bilər.

Qeyd edək ki, bu metodla dünyaya gələn uşaqların çoxu əkizlərdir. Həkimlər bunu təbii sayır. Bu mərkəzlərdə uşağın cinsini də sifariş vermək olar. Doğrudur, uzun müddətdən sonra uşaq tapan ailələr qız və ya oğlan üçün eyni dərəcədə şad olur. Amma bəzi hallarda, məsələn, valideynlərdən biri talassemiya xəstəsi olanda, uşağın oğlan olmasını istəyirlər. Çünki qız xəstəliyin daşıyıcısı olur. Onu da qeyd edək ki, bu proses valideynlərə ən azından 3000-4500 manata başa gəlir.

 

(səs: 4)
Şərhlər: 0
Baxılıb: 14 291
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri