Qrip zamani yol verdiyimiz səflər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 7 866
Səs ver:
(səs: 5)
Qrip zamanı ata-anaların yol verdikləri ən böyük səhv uşağa dərhal antibiotik verməkdir.Qrip zamanı ata-anaların yol verdikləri ən böyük səhv uşağa dərhal antibiotik verməkdir. Antibiotik orqanizmdəki təbii immuniteti "dövrədən çıxarır” və nəticə etibarı ilə daha müqavimətli bakteriyaların meydana gəlməsinə səbəb olur. Üstəlik, bu, sonrakı infeksiyalar üçün də zəmin hazırlayır. Yeri gəlmişkən deyək ki, bu səhvə təkcə ata-analar yox, həkimlər də yol verirlər. Həmçinin, bu siyahıya qrip dərmanlarını da əlavə etmək olar. Belə ki, qrip üçün bəzi dərmanlar olsa da, uşaqları mümkün qədər bu dərmanlardan uzaq saxlamaq lazımdır. Çünki uşaqlar qrip infeksiyasına dərmansız da qalib gələ bilərlər…Uşaqlarda qrip haqqında 7 sual :1. Uşaqlar arasında hər hansı qrip epidemiyasından bəhs etmək olarmı?- Əlbəttə ki, yox. Çünki qrip çox ciddi bir xəstəlikdir. Qrip çox vaxt özünü yüksək temperatur və əzələ ağrıları ilə göstərir və bu əlamətlər bəzən 4-5 gün davam edir. Bizim qarşılaşdığımız xəstəliklər isə daha çox zökəmdir.2. Qrip atadan və ya anadan uşağa yoluxur, yoxsa əksinə?- Daha çox uşaqdan ataya və ya anaya. Çünki uşaqlar həssas olduqları üçün qripi daha asanlıqla qəbul edirlər.3. Qripin uşaqlarda daha təhlükəli olduğunu deyirlər?- Bu, əlbəttə ki, doğru deyil. Ancaq uşaqda başqa bir xroniki xəstəlik varsa, o halda qrip təhlükəli ola bilər. Başqa sözlə, ağciyər, ürək, böyrək, tənəffüs yolu (xüsusilə də, astma) və s. kimi xəstəlikləri olan uşaqlarda daha diqqətli olmaq lazımdır. Belə uşaqların (hətta onlara baxanların da) qrip peyvəndi olması çox vacibdir. Belə uşaqlar qrip olduqda xəstəlik daha da ağırlaşır. Bundan başqa, iki yaşından sonra uşaqların immuniteti böyüklərlə eyni səviyyəyə çatdığı üçün qrip təhlükəsi də azalır.4. Qrip olan uşağı xəstəxanaya aparmaq lazımdırmı? Yoxsa onu evdə də müalicə etmək olar?- Müalicəyə evdə də başlamaq olar. Bunun üçün uşağın temperaturunu aşağı salmaq, çoxlu maye vermək lazımdır. Bununla siz uşağın immunitet sisteminə təkan vermiş olarsınız.5. Qrip zamanı uşaqlara qrip dərmanı (və ya dərmanları) vermək lazımdırmı?- Qrip üçün bəzi dərmanlar olsa da, uşaqları mümkün qədər bu dərmanlardan uzaq saxlamaq lazımdır. Çünki uşaqlar qrip infeksiyasına dərmansız da qalib gələ bilərlər. Əgər simptomlar artarsa, onda uşağı xəstəxanaya aparmaq olar.6. Uşaqlarda qrip hansı xəstəliklərə səbəb ola bilər?- Virus mənşəli infeksiyalar orqanizmin immunitet sistemini pozduğu üçün zökəm, orta qulaq iltihabı, sinezit və s. kimi xəstəliklər meydana çıxa bilər.7. Qripin müalicəsində ata-anaların yol verdikləri ən böyük səhv nədir?- Qrip zamanı ata-anaların yol verdikləri ən böyük səhv uşağa dərhal antibiotik verməkdir. Antibiotik orqanizmdəki təbii immunitetin "dövrədən çıxmasına” və nəticə etibarı ilə daha müqavimətli bakteriyaların meydana gəlməsinə səbəb olur. Üstəlik, bu, sonrakı infeksiyalar üçün də zəmin hazırlayır. Yeri gəlmişkən deyək ki, bu səhvə təkcə ata-analar yox, həkimlər də yol verirlər.
(səs: 5)
Şərhlər: 10
Baxılıb: 7 866
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri