Köp və onun səbəbləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5470
Səs ver:
(səs: 2)
Bağırsaqlarda qazların əmələ gəlməsi normal fizioloji prosesdir və normada bu insana heç bir narahatçılıq vermir.

Bu prosesin səbəbi qida və ya maye qəbulu zamanı udduğumuz hava və bağırsaqlarda yaşayan mikroorqanizmlərin fəaliyyəti nəticəsində əmələ gələn qazlardır. Adətən bu halda qazlar çox olmur, insana heç bir narahatçılıq vermir, ağızdan (gəyirmə zamanı) və düz bağırsaqdan xaric olunur və ya qana sorulur.

Lakin qazların həddən artıq əmələ gəlməsi patoloji prosesdir. Bu zaman insanda müxtəlif pozulmalar inkişaf edir: qarın nahiyyəsində ağrılar (bəzən çox güclü) və ağırlıq, qarında qurultu, tez-tez baş verən gəyirmə, süstlük, hal-əhvalın pozulması və s. Köpmənin (meteorizm) səbəbləri arasında:

- qida və ya mayenin tez-tez qəbul olunması nəticəsində havanın həddən artıq miqdarlarda mədə-bağırsaqlara dolması. Bu səbəbdən köpün əmələ gəlməməsi üçün qidanı asta-asta çeynəmək lazımdır.

- insan qida qəbulu zamanı danışdıqda, saqqız çeynədikdə, çubuq vasitəsilə maye içdikdə, bu da artıq miqdarlarda havanın udmasına səbəb olur ki, nəticədə  bağırsaqlarda köp əmələ gəlir.

-  bəzi məhsulların qəbulu. Bu məhsullar arasında kələm, noxud, lobya, alma, balqabaq, qarğıdalı, kartof, qoyun əti, qara çörək, süd, mayonez, qazlı içkilər, pivə, kvas. Lakin bunu da nəzərinizə çatdıraq ki, bu məhsullar bütün insanlarda köpməyə səbəb olmur, bu çox fərdi prosesdir.

- həzm proseslərinin pozulması, fermentlərin çatışmazlığı, disbakterioz (xeyirli mikroorqanizmlərin miqdarının azalması, patoloji mikrofloranın artması), bağırsaqların sorulma funksiyasının pozulması köpün əmələ gəlməsinə səbəb ola bilər.

- bağırsaqların hərəkətliliyi pozulduqda, qida daha uzun müddət ərzində bağırsaqlarda qalır ki, bunun da nəticəsində qıcqırma prosesləri inkişaf edir. Bu proseslərin nəticəsində isə bağırsaqlarda köp əmələ gəlir. Bağırsaqların hərəkətliliyinin pozulması səbəbləri: bağırsaqların anomaliyaları (məsələn, normadan uzun bağırsaq), mədə-bağırsaq sistemində aparılan cərrahiyyə əməliyyatları, hamiləlik, bəzi dərman preparatların qəbulu və s.

- bağırsaqlarda olan mexaniki maneələr də (şişlər, poliplər, bitişmələr) köpün əmələ gəlməsinə səbəb olur.

Beləliklə, əgər siz köpdən əziyyət çəkirsinizsə, mütləq qastroenteroloqun müayinəsindən keçin. Köp müxtəlif və bəzən çox təhlükəli mədə-bağırsaq sistemi xəstəliklərin simptomu ola bilər.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 5470
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri