Miqren xəstəliyi ürəkdəki dəliklə bağlıdır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 984
Səs ver:
(səs: 0)

Anadangəlmə ürək xəstəliyi olanlarda baş ağrıları tez-yez olur

Müalicəyə baxmayaraq keçməyən miqren xəstəliyi anadan gəlmə ürəkdə yaranan dəliklə bağlıdır. 
Simsar.az Türkiyə mətbuatına istinadən bildirir ki,
mütəxəssislər doğuş zamanı ürəkdə dəlik yarana bildiyini iddia ediblər.Qeyd olunur ki, yaranan dəlik qandakı toksik maddələrin, laxtaların, oksigensiz çirkli qanın ağ ciyərdən filtr olmadan birbaşa təmiz qan sisteminə keçir ki, bu da baş ağrıları yaradır.

Türkiyənin tanınmış nevroloqu Mehmet Zülküf Önal baş ağrısının nevrologiya klinikalarında ən çox araşdırılan sahə olduğunu deyib.
Xalq arasında şiddətli baş ağrısı kimi tanınan miqren orta və ya ağır şiddətdə adamın həyat tərzini aşağı salır.

Qadınlarda tez-tez müşahidə olunan baş ağrısı 4-72 saat qədər davam edir. Ürəkbulanma, işıq və səsdən narahatlıq, əzələ ağrıları bu xəstəlik üçün xarakterikdir.

Önal xəstələrin təxminən üçdə birində əvvəli qəribə qoxular, gözdə işıq çaxmaları və qəribə hisslərlə başlayıb ağrı ilə davam edən "aura" adlı ağrının ürək sağlamlığı ilə əlaqədar olduğu təsdiqlənir.


İnsan ürəyi dördkameralıdır. Onlardan ikisi qulaqcıq, ikisi isə mədəcikdir: "Miqrenli xəstələrdə ürəkdə doğuşdan dəlik sıxlığı 2 qat çox olur. Migrenle PFO arasındakı əlaqə, edilən işlərlə də göstərilib. Qadın miqrenli xəstələrdə PFO sıxlığı 4,4 dəfə çoxdur. Aural migreni olan qadın xəstələrdə daha tez-tez görülməkdədir. Ürəkdəki dəlik bağlanılan xəstələrdə, migren şiddəti azalır".

Mütəxəssislər, miqren xəstələrinə köhnəlmiş Holland pendiri və kolbasa məhsullarını yeməyi qadağan edir.

Rejimsiz qidalanmaq və bəzi qidaların miqrenin əmələ gəlməsində əsas amillərdən olduğunu söyləyən mütəxəssislər, "bu xəstəlik insandan insana dəyişir. Bəzi insanlarda şokolad yemək belə miqrenə səbəb ola bilir. Köhnəlmiş pendir və kolbasa kimi qidalar tərkibindəki nitrit səbəbilə miqren xəstəliyinə təsir göstərə bilər. Miqren xəstələri bu xəstəliyə mənfi təsir göstərdiyini bildikləri qidalardan uzaq durmalıdır”, deyib.

Mütəxəssislər miqren xəstələrinin tez-tez ağrıkəsicilərdən istifadə etdiyini bildirib. Amma bu ağrıkəsicilər baş ağrılarına səbəb olur. Digər tərəfdən bu ağrıkəsicilər, miqren xəstələrinin həkimə müraciət etməsini də gecikdirir.

Önal Çirkli qandan gələn toksik aktiv maddələr beyində müəyyən bir konsentrasiyaya çatdıqdan sonra isə miqren ağrılarının başladığını iddia edir.

Ürəkdə dəlik olub olmadığını "Transkraniyal Doppler Sonografi" ilə müəyyən etmək olur. "Transkraniyal Doppler” ilə beyin damarları və axın istiqamətləri aydın şəkildə göstərilir. "Transkraniyal Doppler” etibarlı, xəstəyə narahatlıq vermədən, yaxşı idarə edilən və asan uyğunlaşan diaqnoz üsuludur”.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 984
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri