Uzun iş günü ürəyin düşmənidir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 795
Səs ver:
(səs: 0)
İşdə artıq qalmaq, artıq işləməklə müəyyən üstünlüklər əldə etmək olur. Bu üstünlük həm maddi, həm də mənəvi əhəmiyyətli ola bilər. Ancaq uzun iş günü ürəyin düşmənidir, işemik xəstəliklərə səbəb ola bilər.
Ürək xəstəlikləri ABŞ-da ölümlərin əsas səbəbidir. Hər il 600 min nəfər ürək xəstəliklərindən dünyasını dəyişir. Bunlar arasında 380 min nəfərin ölümü isə işemik xəstəliklərlə əlaqədardır.
Ürək əzələlərini qanla təmin edən koronar arteriyalarda piləklərin toplanması işemik xəstəliklərə yol açır. Bu piləklər zamanla bərkiyir və qanın hərəkətinin qarşısını alır. Bu da öz növbəsində ürək əzələlərinin zəifləməsi, aritmiyanın inkişafı və ürəyin dayanması ilə nəticələnir.
Seul Milli Universitetinin əməkdaşı, doktor Yun-Çil-Honq deyir ki, araşdırmalar uzun iş gününün ürəyə mənfi təsir göstərdiyini sübuta yetirib. Bundan əlavə, uzun iş günü hipertenziya, diabetin inkişafı, yuxu pozğunluğu, arıqlama və digər fəsadlara gətirib çıxarır. İş insanın həyat tərzinə - misal üçün, diyetik qidalanma modelinə, fiziki yüklənməyə, siqaret çəkməyə və alkoqol qəbuluna öz təsirini göstərir.
Məlumdur ki, işemik xəstəlik riski kişilərdə 45 yaşdan, qadınlarda isə 55 yaşdan sonra artır. Xəstəliyin əsas əlamətlərindən biri də sinədə ağrılardır. Bu da ki, qanda oksigen çatışmazlığı ilə əlaqədardır.
Həftə ərzində 61-70 saat işləyən adamların 42%-də ürəyin işemik xəstəlikləri riski artır. ABŞ-da aparılmış tədqiqatın nəticələri bu barədə deməyə əsas verir. Tədqiqatçılar 2007-ci ildəm 2009-cu ilə qədər 19 yaşdan yuxarı şəxslər arasında sorğu keçiriblər.
Respondentlər iş günlərinin uzunluğu, həyat tərzləri, alkoqol və siqaretə münasibətləri haqda söz açıblar. Tədqiqatçılar onların qan təzyiqlərini, xolesterin miqdarını, qlyukoza miqdarını da yoxlayıblar. Məlum olub ki, iş günləri uzun olan şəxslərin ürək xəstəliklərinə tutulmaq riskləri daha çoxdur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 795
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri