Huşun itməsi

Müəllif: Miss_Oxatan
Şərhlər: 7
Baxılıb: 4 121
Səs ver:
(səs: 0)
Huşun itməsinin səbəbləri

Huşun itməsi oksigen çatışmazlığı ilə yanaşı, başqa səbəblərdən baş verə bilər.

*Uzun müddət ayaq üstə dayandıqda. Qanın çox hissəsi ayaqlara yığılır və beynə çox az qan gedir.

*Qanda şəkər çatışmır.

*Həyəcan və narahatlıq üzündən çox sürətli nəfəsalma, yaxud hiperventilasiya.

*Güclü anemiya.

*Nadir hallarda qəbul edilən yeni dərman.

*Ürək xəstəliyi, ürək ritminin pozulması

*Başdakı qan damarları sklerozdan əziyyət çəkdiyindən və beynin normal fəaliyyətindən ötrü qanın çatışmaması üzündən.

Huşun itməsi zamanı nöqtəli masaj

*Baş barmağın dırnağı ilə burun ilə üst dodaq arasındakı çökəyi, burun arakəsməsinə yaxın nayihədə basın. Bu nöqtə-təcili yardım nöqtəsi adlanır.
 
*O biri əlinizi alnına elə qoyun k, baş barmaq saçın başlandığı yerə düşsün. Baş barmağın altına düşən nöqtəni 30-60 saniyə basın.

*Növbəti nöqtə alt dodaq ilə çənənin arasınadır.

*Sonuncu nöqtə alt çınənin altındadır.

*Huş qayıdandan sonra qıçın içəri tərəfindən topuqdan dörd barmaq yuxarıdakı nöqtəni basmaq lazımdır.

*Axırda hər iki əldə baş barmaq ilə şəhadət barmaq arasında, biləyə yaxın yerləşmiş nöqtəni basmaq lazımdır.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 121
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri