Kimlər daha çox Hepatit C riski daşıyır

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 7 078
Səs ver:
(səs: 2)
Qan transfüsyonu edilmiş insanlar
İ/V derman maddələri istifadə edən insanlar. İ/V heroin istifadə edən xəstələr
Hemodiyaliz xəstələri
Hemofiliya xəstələri (tez tez qan transfüzyonu lazım olduğu üçün)
Vücudun kəsici-dəlici bir cisimlə kəsilməsi ( məsəsən: həkimlərdə əməliyyat zamani sıxlıqla əllərinə iynə batması), tatuaj (döyme etdirmə), kokain çəkmək də risk faktorlarındandır.
İ/V dərman istifadəçiləri ilə cinsi əlaqə. Xüsusən də birdən artıq cinsi partnyor.Hemoseksualistlər. Yoluxmuş insanlarla öpüşmək (ağız suyu vəzlərində virus yükü az olsada çatlamış və ya tramatizə dodaqlardan)
Türmə həyatı (3 gündən artık həbsxana həyatı keçənlər)
Hamilə qadınlarda 3. trimestrdə virus yükü yüksək olan anadan bətndaxili (perinatal ) yoluxma
Gözəllik salonları və bər-bərlərdən istifadə edənlər. (manikür, pedikür, dırnaq tutan, kəsici və dəlici alətlər)

HEPATİT C VİRUSU NECƏ YOLUXUR?

Əsasən qan yolu ilə (%90).
Hamiləlik zamanı anadan bətindaxili övlada keçmə (%5). HCV pozitif olan anadan doğulmuş körpə mütləq qan analizi olunmalıdır
Cinsi yolla (%3).
 
HEPATİT C-NİN SİMPTOMLARI NƏLƏRDİR?

Bir çox insanda heç bir simptom verməməkdədir və normal yaşam tərzi ilə izlənilir. İnkubasiya müddəti ortalama 7-8 həftədir. Simptomları olsa belə zəif və qrip bənzəri simptomlarla keçməkdədir (bulantı, zəiflik, halsızlıq, iştahsızlıq, hərarət, baş ağrısı, qarın ağrısı kimi).İllər boyu biokimyəvi testləri və şikayətləri olmadan keçsədə virus onun qanında və qaraciyərindədir. Ancaq xəstə kəskin ve ağırlaşmaları ilə gəldikdə simptomlar qabarıq şəkildə özünü göstərir.

HEPATİT C-NİN OLMASINI NECƏ BİLƏK?

Bunun üçün Hepatoloji uzmanına gedib Hepatit C nin olduğunu düşündüyünüzü, risk qrrupları arasında olduğunuzu, hər hasi bir invaziv tibbi müdaxilə olnacaksa, evlələk düşündüyünüzde hər iki cinsin yoxlanmasını söyləməniz kifayətdir. Anti-HCV ilkin olarak baxılır. Lazımlı testlərə ondan sonra müraciər olunur. Hepatit C-yə yoluxmuş bir insanda antigenlər təxmini 4 həftədə formalaşmaqdadır.

HEPATİT C –NİN MÜALİCƏSİ MÜMKÜNDÜRMÜ?

Hepatit C nin müalicəsi tam mümkündür! Ancaq vaxtında və doğru həkimdə müalicə olunsanız. Nə vaxt? – Hepatit C Qaraciyər Sirrozu və Qaraciyər xərçəngi ilə ağırlaşmayıbsa! Doğru həkim deyərkən kimlər nəzərdə tutlulur? – Hepatoloji ixtisasında uzman həkim sadəcə! Çünki Hepatit C diaqnostika, müalicə ve izlənməsi onun ixtisasina aiddir, xəstəliyin ağırlaşmalarının məsuliyyətini qaldıra biləcək nəzəriyyə və praktikaya sahib olmalıdır.

HEPATİT C-DƏN NECƏ QORUNAQ?

Hepatit C-nin vaksin ve peyvəndi yoxdur!
Yoluxmuş insanlardan ülgüc, jilet. dırnaq tutan, diş fırçası, təmizlik əşyalarının ayrı saxlanması.
Cinsi yolla yoluxma çox az olsada qorunmaq (qoruyuculardan istifadə, çox partnyorlu həyat tərzindən çəkinmə kimi).
İnvaziv tibbi müdaxilə zamanı (diş həkimi, kiçik və böyük aspektli əməliyyatlar) həkimdən HCV ilə bağlı təmizlik (dizinfektan və sterilizasiya) tələb etmək.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 7 078
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri