Yaşlılıq ən çox bu orqanlara təsir edir!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 161
Səs ver:
(səs: 1)
Qocalığın labüd təsirindən bəzi orqanlar daha çox zərər görür. Bu təsirlərdən xilas olmaq üçün diqqət edəcəyiniz bəzi məqamlar var.

Qocalığın təsir etdiyi orqanlar

Sağlam qidalanmaq, stressdən uzaq qalmaq, nizamlı idman etmək, ya da siqaretdən, alkoqoldan və başqa zərərli maddələrdən uzaq durmaq kimi bəzi qaydaları vərdiş halına gətirmək qocalma prosesini gecikdirir. Daxili xəstəliklər üzrə mütəxəssis və həkim Berrin Qaradağın açıqlamasını təqdim edir. O, yaşla birlikdə bədənimizdə baş verən dəyişikliklər və görməli olduğumuz tədbirlər haqqında məlumat verib.

1. Beyin: 30 yaşından sonra beyin hüceyrələri ölməyə başlayır
30 yaşından sonra beyin hüceyrələri yavaş-yavaş ölür və beyin toxumasında kiçilmə başlayır. Bunun nəticəsində 50 yaşda beyinin çəkisində azalma olur və hər 10 ildə 2-3 faiz çəkisi azalır. Bu dəyişikliklərə bağlı olaraq yeni bilik öyrənmə sürəti azalır. Ancaq beyin köhnə məlumatları saxlayır. Kitab şkafının üst rəfləri yeni-yeni məlumatlar öyrəndikdən sonra yavaş-yavaş zəifləyir, lakin köhnə məlumatların saxlandığı alt rəflər daha möhkəm qalır.
Həftədə 2 dəfə balıq yeyin
Beyin qocalmasını müəyyən bir qədər gecikdirmək mümkündür. Həftədə ən azı iki dəfə balıq yeməli, siqaret və alkoqoldan uzaq durmalısınız. Həmçinin zehin işlədən məşqlər, məntiq testləri həll etməli və ya gündəlik xəbərləri ətraflı təqib etmək də beyin sağlamlığı üçün olduqca faydalıdır.

2. Ürək: Yaşa dolduqca ürək böyüyür
40 yaşından etibarən ürəyiniz də qocalmağa başlayır. Ürəyin çəkisində beyindən fərqli olaraq artım meydana gəlir. Çünki sol qarın divarı qalınlaşır. Ürəyin dəqiqədə vurduğu qan miqdarında kəskin azalma baş verir. Ürəyin qan dövranı hər il 1 faiz azalır. Həmçinin səthi damarlar da aydınlaşır. Bütün bu baş verən dəyişikliklərdən sonra ürəkdə müəyyən problemlər yaranır.
Sağlam qidalanın, siqaretdən uzaq durun və idman edin!
Ürək sağlamlığınızı qorumaq üçün siqareti mütləq tərgidin. Yağ istehlakını azaldın. Kalium ürək quruluşunu qoruyan minerallar arasında yer alır. Bu səbəblə kaliumla zəngin olan banan, qaysı və kartof kimi ərzaqlarla qidalanın. Bol miqdarda sarımsaq yeyin. Yağlı, duzlu, kalorili qidalarla bəslənməyin. Həmçinin müntəzəm məşqlər və yürüş də ürək sağlamlığını qoruyur.

3. Göz: 40 yaşından sonra yaxını görmə qabiliyyəti zəifləyir
Yaşlanma ilə görmə qabiliyyəti də dəyişir. 40 yaşından sonra göz bəbəyinin sərtliyi artır. Hətta 50 santimetrdən daha yaxını görməkdə çətinliklər yaşanır. Normal bir göz 40 yaşında +1, 50 yaşında +2, 60 yaşında +3 nömrəli yaxını göstərən eynəyə ehtiyac duyur.
C və E vitamini ilə zəngin qidalanın
Görmə qabiliyyəti çox mühüm funksiyalara malikdir. Yaxın yaxşı görmək üçün eynək istifadə etməyi rədd etməyin və dünyada hələ görüləcək bir çox işiniz olduğunu unutmayın. Göz sağlamlığını qorumaq üçün C və E vitaminləri baxımından zəngin qidalar yeyin, eyni zamanda sink qəbulu da çox önəmlidir. Həmçinin müntəzəm fasilələrlə göz müayinəsinə getməyə etinasız yanaşmayın.

4. Qulaq: 30 yaşından sonra eşitmə sinirləri zəifləyir
30 yaşından etibarən yaşlılıqla bağlı olaraq insanın eşitmə qabiliyyəti zəifləyir. Çünki qulağa gedən və qan dövranını təmin edən damarlar qan daşıma vəzifəsini tam yerinə yetirə bilmir. Bundan başqa, eşitmə siniri qocalır və beyindəki eşitmə mərkəzinin funksiyası yaşla birlikdə ləngiyir. Xarici qulaq kanalındakı ifraz miqdarının artması qulaq çirkinin çoxalmasına yol açır. Bu da eşitmə keyfiyyətini azaldır.
Çox yüksək səsli musiqi dinləməyin
Xüsusilə musiqiyə yüksək səsdə qulaq asmayın. Bu, eşitmə qabiliyyətini qorumaq üçün ən önəmli tədbirlər arasında yer alır. Eşitmə qabiliyyəti ilə bağlı problem yaşayırsınızsa, mütləq QBB mütəxəssisinə müraciət edin.

5. Sümüklər: Klimaksdan sonra sümük əriməsi başlayır
Orqanizmin ən mühüm ehtiyacların biri olan D vitamini xüsusən klimaksdan sonra qadınlarda azalır. D vitaminin azalması qadınlarda sümük əriməsi ilə müşayiət olunur.
Günəş şüalarından faydalanın
Sümük əriməsindən qorunmaq üçün günəş şüalarından yetərli miqdarda istifadə etməlisiniz. Ancaq 11:00 və 16:00 arası günəşin ultrabənövşəyi şüalarına məruz qalmamağa diqqət edin. Sümük əriməsi problemi ilə qarşılaşmamaq üçün özünüzə vaxtında diqqət edin və mütləq müntəzəm olaraq həkim müayinəsindən keçin.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 161
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri