Kardiogen şok nədir?

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 5 168
Səs ver:
(səs: 1)
Kardiogen şok ürəyin nasos funksiyasının kəskin çatmamazlığı nəticəsində (məsələn, miokard infarktı, ürək ritminin pozğunluğu, ürəyin tamponadası zamanı) meydana çıxan kəskin qan dövranı pozğunluğudur. Bu hal potensial olaraq reanimasion tədbirlərlə aradan qaldırıla bilir. Reanimasion tədbirlər  görülməzsə kardiogen şok beyin ölümü ilə nəticələnir.

Kardion şokun təsadüflərinin 80%-i xüsusən sənaye ölkələrində, miokard infarktının və ürək ritm pozğunluqlarının payına, 4%-i, beyin patologiyalarının (insultların) payına , 2%-i, ağciyər emboliyası və 9%-i digər patologiyaların  ( travmalar (3 %), boğulmalar (2 %), zəhərlənmələr (2 %) və tok vurma hallarının) payına düşür.

Ürəyin nasos funksiyasının pozulmasına gətirib çıxaran hallar:

Mədəciklərin fibrilyasiyası – ürək əzələsinin yığılma qabiliyyəti ürək əzələ liflərinin kordinasiyasız, asinxron, xaotik işi nəticəsində pozulmuş olur.
Nəbz defisitli mədəcik taxikardiyası – ürək döyüntülərinin sayı çox olduğundan diastola fazasının müddəti çox qısalmış olması diastolik və müvafiq olaraq sistolik həcmi azaltmış olur. Nəticədə qovulmuş qanın azlığı nəbzin dolğunluğunu təmin edə bilmir.
Ürəyin elektro-mexaniki dissosasiyası (EMD) və ya nəbzsiz elektrik aktivlik – ürəyin elektrik aktivliyi mexaniki aktivliklə tamamlanmır ya cavablanmır.
Asistoliya – elektrik və mexaniki ürək aksiyasının tamam dayanmasıdır.
ETİOLOGİYA
Kəskin miokard infarktı
Sol mədəcik çatmamazlığı
Mədəciklərarası çəpərin cırılması (partlaması)
Kəskin mitral requrqitasiya
Sağ mədəciyin infarktı
Mədəciyin sərbəst divarının perforasiyası (deşilməsi)
Digər ürək patologiyaları

Dilatasion kardiomiopatiya
Qapaq catmamazlıqlarının son həddi
Septiki şok zamanı miokardial disfunksiya
Taxiaritmiya və bradiaritmiya
Süni qan dövranı aparatından sonrakı vəziyyət
Ürək vurğusuna maneə törədən patologiyalar

Ürəyin tamponadası, konstriktiv perikardit (zirehli ürək)
Ağciyər arteriyasının emboliyası
Ağır ağciyər hipertenziyası
Aortanın koarktasiyası
Miksoma
Ağır hipertrofik kardiomiopatiya
Gərgin pnevmotoraks
KLİNİK MƏNZƏRƏ
İki əsas əlamət: 1) hipotenziya; 2) hipoperfuziya həkimə kardiogen şok diaqnozu qoymağa əsas verə bilər. Sistolik təzyiqin 90 mm Hg sütunundan aşağı olması adətən hipoperfuziyaya səbəb olur.Bu rəqəm bir qədər nisbi xarakter daşıyır. Belə ki, elə qan təzyiqi alçaq olan şəxslər vardır ki, onlar bu cür aşağı təzyiqə adaptasiya olunmuşlar. Belə şəxslər də sistolik təzyiqin 90 mm Hg sütunundan aşağı olması heç də hipoperfuziyaya gətirib çıxartmır. Bəzi mütəxəssislər hipotenziya həddini, normal orta arterial təzyiqdən aşağı 30 mm Hg sütunu ilə eyni tutulmasını tövsiyə edirlər. Hipoperfuziya vəziyyəti bir neçə klinik əlamətlərlə: 1) psixik statusun pozulması – narahatlıq, həyacan, huşun qaralması; 2) soyuq tərlə örtülmüş yapışqan dəri; 3) sutkalıq sidiyin - diurezin azalması (>20ml/saatda). Əksər kardiogen şoklu xəstələrdə sinus taxikardiyası: periferik damarlar üzərində zəif sapvari nəbz müşahidə olunur. Bir çox hallarda isə  yanaşı  taxipnoe – təngnəfəslik (tənəffüsün sayı  1 dəqiqədə 20-dən  çox olur) qeyd olunur.

Qan  dövranının dayanmasının mütləq əlamətləri

Magistral arteriyalar (ümumi yuxu arteriyası, bud arteriyası) üzərində nəbzin itməsi;

Ürək dayanmasından 20-30 saniyə sonra uducu nəfəsalma;
Qan dövranının dayanmasından 30-60 saniyə sonra tənəffüsün dayanması;
Qan dövranının dayanmasının nisbi əlamətləri:
Huşsuzluq (30-60 saniyə sonra),
Bəbəklərin genəlməsi (60 saniyə ərzində),
Sianoz (dəri və selikli qişaların göyərməsi),
Qıcolma,
Biləkdə (mil arteriyası üzərində) nəbzin olmaması.
Laborator instrumental müayinə:
Qələvi-turşu müvazinətinin pozulması: asidoz, hipoksemiya, hipokapniya (kompensator tənəffüs mənşəyli alkaloz);
Qanda laktatın artması;
Leykositoz, trombositopeniya (diffuz damardaxili laxtalanma sindromu - DDLS);
EKQ: infarkt əlamətləri, ritm pozğunluğu (sinus taxikardiyası, səyirici aritmiya, mədəcik taxikardiyası, ürəyin fibrilyasiyası);
Rentgen: Ağciyər ödemi, gərginlik pnevmotoraksı,respirator distres sindrom .
Hemodinamik müayinədə( PICCO və  Swan-Ganz kateter müayinəsində):  hipotoniya, ürəyin həcm vurğusunun kəskin azalması, ağciyər arteriyasının hipertenziyası, ağciyər kapilyarlarında qapanma təzyiqinin yüksək olması
MÜALİCƏ
Kardiogen şok qan dövranının dayanması kimi təcili ürək-ağciyər canlandırilması – reanimasiya tədbirləri tələb edir. Bu renimasion tədbirlərə ürəyin qapalı masajı və süni tənəffüs aiddir. bu reanimasion tədbirlər sonra medikamentoz müalicə və defibrilyasiya kimi tədbirlərlə davam etdirilir.

Kardiogen şoklu xəstənin vəziyyətinin sabitləşdirilməsi üçün:
Effektli tənəffüsü və oksigenasiyanı təmin etmək: arterial qanda oksigenin parsial təzyiqini (Po2) 70 mmHg sütunundan yuxarı qaldırmaq.
Orta qan təzyiqini katoxolaminlərin: dobutamin, dobutreks, noradrenalinin köməyi ilə 70 mm Hg. sütunundan yuxarı qaldırmaq.
Hipovolemiya zamanı ümumi dövr edən qanın həcmini bərpa etmək üçün vena daxilinə məhlullar yeridilməlidir.
Ritm pozğunluğunu, qələvi-turşu müvazinətini tarazlamaq.
Kardiogen şoklu xəstələr adətən vahimə və qorxu içində olurlar. Belə xəstələrə tibbi personal tərəfindən son dərəcə diqqət göstərilməidir. Tez bir zamanda xəstənin vəyizzəti qiymətləndirilməli, lazımi fizikal müayinələr aparılmalıdır. Əsas diqqət bu vəziyyəti törətmiş potensial faktora yönəldilməli və tezliklə aradan qaldırılmalıdır. Beləki gərginlik pnevmotoraksda təcili plevra drenajının qoyulması və ya ürək tamponadasında perikadosentezaaparmaqla tezliklə kliniki vəziyyəti yaxşılaşdırmaq olar. Təcili vena əldə etməklə intensiv infuziya və kataxolamin preparatları zeritməklə qan təzyiqini normallaşdırmaq mümkündür. Tənəffüs sisteminin funksiyasını süni tənəffüslə təmin etməklə toxumaların oksigen çatışmamazlığını aradan qaldırmaq mümkündür. Xəstənin nəfəsini adekvat təmin etmək üçün təcili intubasiya edilərək (tənəffüs yoluna – traxeyadaxili nəfəs borusu yeritməklə) süni tənəffüs aparatına qoşulması vacibdir. Arterial qanda oksigenin parsial təzyiqi (Po2) 70 mmHg sütunundan yuxarı təmin edilməlidir. Kardiogen şoku törətmiş potensial faktor ürək ritminin pozğunluğu olarsa dərhal onu aradan qaldırmaq vacibdir. Bradikardiyalı ritm pozğunluğunda ilkin olaraq parasimpatolitik preparatlardan, məsələn  atropin sulfat istifadə edərək ürək vurğularının sayını və nəbzi norma həddinə çatdırmaq lazımdır. Cavab olmadıqda isə təcili xarici və ya transvenoz yolla Eletrostmulyator  tətbiq etməklə ürək vurğularının sayını və nəbzi bərpa etmək lazımdır. Kardiogen şoka səbəb taxiaritmik formalı ürək ritm pozğunluğu: mədəcik taxikardiyası, qulaqcıqların sayirici aritmiyası olarsa dərhal kardioversiya tətbiq edilməlidir. Sinus ritmini təmin etmək üçün aritmiyalar əleyhinə preparatlardan da istifadə etmək olar. Nisbi hipovolemiya (məsələn, miokardın deşilməsi nəticəsində massiv qanaxma zamanı baş verən ürək tamponadası) kardiogen şokların 20%-də rast gəlinir. Bu zaman mövcud defisit vena daxilinə infuziyalarla aradan qaldırılmalıdır. Bu məqsədlə ürəyin işini, ümumi dövran edən qanın həcmini, periferik damarların müqavimətini, ağciyər xarici və daxili maye həcmini dəqiq hesablamaq üçün ing PICCO  və  ing Swan Ganz manitorinq sistemlərindən istifadə edilir. Bu müayinə metodları infuzion və katoxolamin terapiyasını uclaşdırmağa imkan verir. Kardiogen şok zamanı tətbiq edilən invaziv manipulyasiyalardan bibi də aortadaxili balon kontrapulsasiya   – ADBK-dir. Bu invasiv üsul adətən miokardın massiv işemiyası nəticəsində inkişaf edən kardiogen şoklarda daha effektlidir. Burada məqsəd ürəyin tac damarlarının perfuziyasını və miokardın oksigen təchizatını adekvat təmin etməklə ürək əzələsinin qüvvəsini bərpa etməkdir.

CƏRRAHİ  MÜDAXİLƏYƏ  GÖSTƏRİŞ
Kardiogen şoku törədən səbəbi aradan qaldırmaq üçün bəzi hallarda cərrahi əməliyyatlara ehtiyac duyulur. Məsələn məməyəbənzər əzələnin infarkt zamanı zədələnməsi nəticəsində xordaların didilib qırılması kəskin ikitaylı qapaq   – mitral catmamazlığına gətirib çıxardır ki, orqanizm bu kəskin hal nəticəsində meydana çıxmış olan hemodinamik pozğunluğa adaptasiya oluna bilmir. Bu zaman medikamentoz tədbirlər effektli olmur. Xəstədə təcili təxirəsalınmadan süni qan dövranı şəraitində  ikitaylı qapaqların plastik korreksiyası ya da mümkün olmadıqda protezləşmə əməliyyatı aparılmalıdır. Mədəçiklərarası çəpərin infarktdan zədələnməsi-deşilməsi, ya cırılması nəticəsində meydana çıxan kardiogen şokun səbəbini aradan qaldırmaq üçün açıq ürəkdə  süni qan dövranı şəraitində cərrahi əməliyyat labüddür. Bu zaman qüsura ya deşiyə perikarddan yamaq qoyularaq bağlanılır. Ürəyin zədələnməsi nəticəsində, ürəkdə aparılan cərrahi əməliyyatlardan sonra baş verən qanaxma ürəyin tamponadasına və öz növbəsində kardiogen şoka səbəb olur. Bu zaman da təxirəsalınmadan cərrahi müdaxilə ilə köks qəfəsi və ürək kisəsi açılaraq ürək azad edilməlidir.

SÜNİ  QAN DÖVRANI APARATI
Süni qan dövranının tətbiqi 1916 cı ildə Jay Mc Lean tərəfindən əldə edilmiş heparin  preparatının hesabına mümkün olmuşdur. Beləki heparin qanın laxtalanmasının qarşısını alır ki, bu da orqanizmdən kənarda qanın laxtalanmadan duru şəkildə borularda hərəkətini təmin etmiş olur. Günümüzdəki süni qan dövranı aparatının diyircəkli nasos hissəsi hələ 1934 cü ildə icad edilmişdir. Qanın oksigenlə təmin edən qurğunun yaranma ideyası isə 1944 cü ildə adi hemodializ müşahidəsi zamanı yaranmışdır. Belə ki, müəyən edilmişdir ki, hemodializdən keçib xəstəyə qayıdan qan rəngini bir qədər dəyişmiş (hava ilə bilavasitə kontaktan rəngi açılmış) olur. Experimentdə 1937 ci ildə amerikalı Con Gibbon ing John Gibbon ekstrakorporal qan dövranını ugurla sınaqdan keçirmiş olur. Lakin aparat tibbdə ilk tətbiqini 6 may 1953 cü ildə tapmış olur. Con Gibbon bu aparatın köməyi iləqulaqcıqlararası çəpərin qüsuru   olan 18 yaşlı qadın xəstəsində əməliyyatı 45 dəqiqəlik süni qan dövranı şəraitində icra etmiş olur. O zaman ki oksigenator indiki produktivliyə malik olmadığı üçün, orqanizm toxumalarının oksigenə olan təlabatını azaltmaq məqsədilə 1954 cü ildə qanın soyudulması – hipotermiya tətbiq edilməyə başlanılmışdır. 1955 ci ildə oksigenator təkmilləşdirilərək onun oksigenləşdirmə qabiliyyətini artırmaq və qaz emboliyalarının qarşısını almaq mümkün olmuşdur. 1956 cı ildə günümüzdə tətbiq edilən membranoksigenatoru əldə edilmiş olur.

Süni qan dövranı aparatı (SQDA) və ya Ürək-ağciyər aparatı açıq ürəkdə aparılan cərrahi əməliyyatlar zamanı xəstənin həyativacib orqanlarının funksiyalarını qismən və tam öz üzərinə götürən xüsusi tibbi cihazdır. Süni qan dövranı aparatı əsasən Ürək cərahiyyəsində tətbiq edilir. Reanimasiya şöbəsində isə intensiv tibbi yardıma ehtiyac olan xəstələrdə onun birqədər xüsusiləşdirilmiş formasından – ekstrakorporal membranoksigenator (ELMO) aparatından istifadə edilir.

Süni qan dövranı aparatına daşıdığı funksiyaya uyğun iki mühüm hissə daxildir :
"Süni ürək” hissəyə, nasos, alıcı və ötürücü borular, qan dövranının sürət və həcmini tənzimləyən pult daxildir;
"Süni ağciyər” hissəyə qazlar mübadiləsini (venoz sistemdən aşaöı boş vena və yuxaı boş venadan   alınan qanın oksigenləşməsi və əksinə karbon qazından təmizlənməsi) getdiyi membranlı oksigenator daxildir.
NƏZARƏT

Klinik nöqteyi nəzərdən vacib parametrlər:
Pasient göstəriciləri:  EKQ ,qan təzyiqi ,MVT, bədən temperaturu rektal/ezofoqal ,sidiyin miqdarı, müxtəlif laborator göstəricilər

Süni qan dövranı aparatı:
Oksigenator
Baş nasos = arterial axın
Sovurucu
Kardioplegiya sistemi
Kardiotomi rezervuar
Qan filtri
Arterial/venoz oksigenlə doyma
Temperatur.Hemoqlobin,hemotokrit,ph göstəricisi
Low-Level-Detektor Kardiotomi rezervuarda qanın səviyyəsinə nəzarət
Air-Bubble-Detektor Qana daxil ola biləcək hava qabarcıqlarının qaşısının alınması.
Diverse System-Drücke
Arterial/venoz qanın temperaturu
Borular və birləşmə muftaları
 
SÜNİ ÜRƏK
İlk dəfə 2 dekabr 1982 ci ildə Robert Yarvikə mənsub  Jarvik-7 modelli süni ürək Uat universitet klinikasında təqaudçu diş həkimi Barney Klark (21 yanvar 1921 – 23 mart 1983) üzərində ürək cərrahı Uilyam De Vries tərəfindən aparılan yeddi saatlıq əməliyyat zamanı köçürülmüşdür. Xəstə əməliyyatdan sonra 112 gün yaşadıqdan sonra çoxsaylı trombozlardan vəfat etmişdir.

Növbəti uğurlu süni ürək köçürülməsi 13 sentyabr 2001 ci ildə ABŞın Kentaki ştatında Luisvill Ceuiş xəstəxanasında 71 yaşlı xəstədə, cərrahlar Leyman Qrey və Robert Doulinq tərəfindən icra edilmişdir. Əməliyyatdan sonra xəstə 17 ay yaşaya bilmişdir.

Süni ürək (İmplantat ürək) sağalması mümkün olmayan ürək xəstələrinin bədəninə müvafiq orqanın funksiyasını əvəz etmək üçün köçürülən aqreqat ya implantat. Adətən donor ürək əldə edilənə qədər, ölümə məhkum ürək xəstələrini həyata bağlayan bir "ümid” körpüsü.

Süni ürək  Ürək-ağciyər aparatından istifadə müddətinin uzunluğu ilə fərqlənir. Belə ki, süni qan dövranı ya   Ürək-ağciyər aparatı   açıq ürəkdə aparılan əməliyyat zamanı məhddud bir müddətə ürək və ağciyərlərin funksiyasını əvəz edir. İmplantat ürəkrək isə uzun müddətə nəzərdə tutulur. Müasir süni ürəklər insana 10-15 il müddətinə qulluq edə bilirlər.

Süni ürək modellərindən bəziləri bədəndən xaric edilmiş urəyin yerinə köçürülərək onun funksiyasını tam şəkildə üzərinə götürmüş olur, digər modellər isə insan ürəyinə əlavə köməkçi kimi köçürülərək onun funksiyasını qismən (xüsusən ürəyin sol şöbəsinin işini) öz üzərinə götürmüş olurlar. Bu aqreqatlar Left Ventricle Assistent Devices - LVAD adlanırlar. Hər iki halda implantat köks qəfəsi yarılaraq , köçürülür. Left Ventricle Assistent Devices - LVADin götürücü borusu ürəyin zirvəsindən sol mədəsiyə, ötürücü borusu isə qalxan aortaya ( Aorta ascendens) tikilir Left Ventricle Assistent Devices – LVAD implantasiya olunmuş bəzi xəstələrdə əldən düşmüş miokard öz qüvvəsini bərpa etmiş olur ki, onlara təzədən ürək köçürülməsinə belə ehtiyac qalmır

Buna baxmayaraq hələ də təbabət ideal və mükənməl süni ürək sorağında olaraq qalmaqdadır. Aqreqatın özünün və enerji mənbəyinin uzunömürlülüyünü daha təminatlı etmək, orqanizmin maddələr mübadiləsi zamanı hasil etdiyi bio enerjisini onun enerji təlabatına yönəldilməsi hələdə həllini tapmamış, aktual problem olaraq qalmaqdadır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 5 168
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri