Tüpürcək vəzi şişləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 817
Səs ver:
(səs: 1)
Tüpürcək vəziləri axacaqları ağız boşluğuna açılan və tüpürcək ifraz edən vəzilərdir.
Tüpürcək vəziləri 2 qrupa bölünür: böyük və kiçik tüpürcək vəziləri. Böyük tüpürcək vəzilərinə 3 cüt vəzilər: qulaqətrafı, çənəaltı və dilaltı vəzilər aiddir. Kiçik tüpürcək vəziləri isə əsasən ağzın selikli qişasında, dodaqda, sərt və yumşaq damaqda rast gəlinir.
Tüpürcək vəziləri şişləri arasında həm xoşxassəli, həm də bədxassəli şişlərə rast gəlinir. Xoşxassəli şişlərin yayılması 60%-dir və onlardan 90%-i qulaqətrafı vəzidə rast gəlinir. Bədxassəli şişlərin yayılması 36-40%-dir. Bu xəstəlik bütün yaşlarda rast gəlinə bilər və qadınlarla kişilər arasında olan ehtimal təxminən eynidir.
Diaqnostika: diaqnostika sorğu, baxış və incə iynə ilə aspirasion biopsiya əsasında aparılır. Əlavə olaraq ultrasəs müayinəsindən, kompüter tomoqrafiya və MRT müayinələrindən də istifadə edilir.
Xoşxassəli törəmələr bir qayda olaraq böyük ölçülərə çatmaqlarına rəğmən ağrısız olurlar və xəstədə əlavə problemlər yaratmırlaq. Bəzi hallarda ağız içində olduqda xəstənin danışmasına, qida qəbuluna çətinlik yarada bilərlər. Lakin törəmə böyüdükcə ağrı, dəridə qızartı, dəridə və ağzın selikli qişasında xoralaşma əmələ gələrsə, xəstədə şiş olan tərəfdə mimiki əzələlərin parezi baş verərsə, bu artıq törəməni bədləşməsini göstərir. Lakin bu əlamətlər olmadığı hallarda da törəmə bədxassəli ola bilər. Buna görə də müalicəyə başlamazda əvvəl əsas diaqnostik vasitə incə iynə aspirasion biopsiyasıdır və bu üsul diaqnostika üçün yüksək faiz hallarda dolğun məlumat verir. Heç bir halda diaqnostika üçün açıq biopsiya aparılmamalıdır!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 5 817
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri