Beyin kistaları və onların fəsadları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 8 945
Səs ver:
(səs: 1)
Baş beyin kistası kifayət qədər təhlükəli diaqnozdur. Kista - maye ilə dolu olan qovuqcuqdur.
Bu xoşxassəli törəmədir (yəni xərçəng deyil).
Belə kistalar maqnit-rezonanslı və ya kompüter tomoqramma zamanı təyin edilir. Kistalar insanlarda bəzi şikayətlərə səbəb ola bilər (baş ağrıları, başgicəllənməsi, görmənin pozulmaları və s.). Bəzən isə kista özünü heç bir simptomla büruzə vermir və təsadüfən digər xəstəliklə bağlı müayinə zamanı aşkar olunur.
Beyin kistalarının əmələ gəlmə səbəbləri arasında:
- anadangəlmə beyin anomaliyaları,
- beyin travmaları (o cümlədən, doğuş travmaları),
- ilyihablar,
- parazitlər (exinokokk),
- qansızmalar,
- baş beyində qan dövranının kəskin pozulması,
- beyində distrofik və degenerativ dəyişikliklər.
Kista anadangəlmə və ya qazanılmış (travmadan, iltihabdan, qansızmadan sonra) ola bilər.
Kista böyük və ya kiçik ola bilər. Kiçik kistalar özünün heç bir əlamətlə büruzə verməyə bilər. Böyük kistalar isə beyin qişalarını sıxır və nəticədə bu kimi nevroloji pozulmalar yaranır:
- güclü baş ağrıları,
- başgicəllənməsi,
- görmə və eşitmənin pozulmaları,
- yuxu pozulmaları,
- başda küy,
- qıcolmalar, bayılmalar,
- beyində "nəbz vurması" hissi,
- əllərin, ayaqların əsməsi (tremor),
- ifliclərin inkişafı,
- epilepsiya tutmaları,
- hallyusinasiyalar,
- ürəkbulanması, qusma.
Bu və ya digər simptomların əmələ gəlməsi kistanın yerləşməsindən asılıdır.
Kistanın simptomları bəzi digər pozulmaların (beyin şişləri və s.) simptomlarına bənzəyir. Dəqiq diaqnoz qoymaq üçün xəstəyə maqnit-rezonanslı və ya kompüter tomoqrafiyası təyin olunur.
Kistanın müalicəsi kistanın ölçüsündən, yerləşməsindən, fəsadların verib-verməməsində, böyüməyə meylli olub-olmamasından asılıdır.
Kista kiçikdirsə, heç bir fəsadlara səbəb omursa, böyüməyə meylli deyislə, bu halda müalicə tələb edilmir. Xəstə sadəcə nevroloqun nəzarətində olmalıdır.
Digər hallarda konservativ (dərmanların köməyi ilə) və ya cərrahi müalicə təyin oluna bilər.
Vaxtında diaqnoz qoyulmamış və müalicə olunmamış beyin kistaları bu kimi ağır fəsadlara səbəb ola bilər: korluq, karlıq, hidrosefaliya (beyində mayenin yığılması), ensefalit (beyin iltihabı), ani ölüm.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 8 945
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri