Qəfildən
görmə qabiliyyətinin itməsi, keçməyən baş ağrısı, ürək bulanma və qusma
kimi şikayətlər beyin şişinin əlamətləri ola bilər. Meydana gətirdiyi
həyati risk səbəbindən ilk vaxtlarda qorxunc bir mənzərə yaradan beyin
şişləri düzgün vaxtda və düzgün müalicə üsulları vasitəsilə nəzarətdə
saxlanıla bilər. Qadinlar.biz aile.lent.az-a istinadən beyin şişləri haqqında məlumat verir.
Beyin
şişləri beyinin içərisində və ya qonşuluğunda yer alan anormal hüceyrə
çoxluqlarıdır. Onlar kəllə içərisində bir yeri işğal edir və buna görə
də beyinə təzyiq edir.
Beynin
müxtəlif hissələri fərqli funksiyaları yerinə yetirir. Buna görə də
şişin yerləşməsinə görə bir-birindən fərqli kliniki şikayətlərə səbəb
olurlar.
Beyin şişlərinin əsas əlamətləri:
1. Əvvəllər heç vaxt olmadığı kimi xəstənin tez-tez ürək getməsinin baş verməsi
2. Bədənin bir hissəsində hiss və gücün itməsi
3. Az zamanda hiss edilən görmə qabiliyyətinin itməsi, göz və ya qulaqların hər ikisi və ya birinin qabiliyyətinin itməsi
4. Yaddaş və davranış pozuntuları
5. Danışıq qabiliyyətinin korlanması, nizamsızlıq və yerimədə problemlər
6. Hormonal pozuntular və bununla bağlı kliniki simptomlar (əl və ayaqlarda böyümə, menstrual pozuntular və s.)
7. Baş ağrısı ilə birlikdə ürək bulanma və qusma
Xəstədə
beyin şişlərinə işarə edən şikayətlər yaranan kimi ilk növbədə tam
nevroloji müayinədən keçməlidir. Əgər müayinənin nəticələri şiş
şübhələri yaradırsa, xəstəyə kompüter tomoqrafiyası edilməlidir. Bu
müayinədən sonra müalicə üsulu planlaşdırılır və daha dərin müayinələr
aparılır.
Şişin
dəqiq diaqnozu şiş toxumasının histoloji araşdırılması ilə qoyulur. Son
illər standart üsullarla aparılan araşdırmalara əlavə olaraq genetik
analizlər də şişin hüceyrə tipi və bioloji davranışını təyin etməkdə çox
təsirlidir və ideal müalicə seçimi üçün vacib əhəmiyyət kəsb edir. Şiş
müalicəsində əsas məqsəd xəstənin gündəlik həyatına xətər yetirmədən
şişi yox etmək və ya ən azı yaşama müddətini uzatmaqdır. Beyin
şişlərinin müalicəsində ilk və ən son seçim onları çıxarmaqdır.
Cərrahi
müalicədə təyinedici olan faktorlar şişin tipi, yerləşdiyi yer,
xəstənin yaşı, ümumi vəziyyəti və xəstədə əməliyyat qərarına təsir edə
biləcək problemlərin olub-olmamasıdır. Son zamanlar radioterapiya
cihazları da müalicənin təsirlərini artırır. Beyin şişlərinin
yerləşməsindən asılı olaraq müalicədən əvvəl və sonra funksiya itkisi
yarana bilər. Beynində şiş olan bir xəstəyə müalicə zamanı və sonrakı
mərhələlərdə psixoloji kömək məqsədilə söhbətlər aparılmalıdır.