Keratit - gözün buynuz qişasının iltihabı

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 4 732
Səs ver:
(səs: 2)
Buynuz qişa gözün ən ön hissəsində yerləşən işığı fokuslamaq və gözü xarici zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və əyri səthə malik olan toxumadır.
Normada gözün buynuz qişası şəffaf və parlaq olur. Buynuz qişanın iltihabı "keratit" adlandırılır. Keratit həm 1, həm də hər 2 gözdə inkişaf edə bilər.
Keratit təhlükəli xəstəlikdir. Vaxtında müalicə olunmadıqda keratit görmənin zəifləməsinə və hətta korluğa səbəb ola bilər. Bu səbəbdən keratitin ilk simptomlarında dərhal həkimə müraciət etmək lazımdır.
Keratitin simptomları:
- ağrı
- görmənin zəifləməsi
- xəstə gözün qızarması
- xəstə gözün buynuz qişası parlaq deyil, bulanıq görünür,
- gözdə yad cismin olması hissi
- işiqdan qorxmaq
- gözlərin sulanması
- blefarospazm (göz qapaqlarının spazmşəkilli sıxılması)
Keratitin ən yayılmış səbəbləri arasında:
- "quru göz" sindromu. Bu sindromun inkişafı göz qapaqları xəstəlikləri, A vitaminin  çatışmazlığı, göz yaşların ifrazının pozulması, qadınlarda klimaks, bəzi dərman preparatlarının qəbulu nəticəsində mümkündür.
- gözdə yad cismin olması
- güclü işıq mənbəyinin uzun müddət ərzində təsiri (məsələn, qaynaq zamanı)
- allergiya
- kontakt linzaların düzgün taxılmaması
- yerli hormonal preparatların tətbiqi
- göz travmaları
- viruslar (adenovirus, sadə herpes virusu). Keratitin əsas səbəbi sadə herpes virusu sayılır. İnsanların əksər hissəsi sadə herpes virusunun daşıyıcılarıdır. Lakin keratit hamıda inkişaf etmir. Virus immun sisteminin zəifləməsi zamanı aktivləşir. Bu zəifləməsinin səbəbi soyuqlama, stress və s. ola bilər.
- bakteriyalar (stafilokokk, streptokokk və s.)
- göbələk infeksiyaları
- cərrahi əməliyyatların ağırlaşmaları.
Keratitin müalicəsi onun səbəbindən asılıdır. Bəzi hallarda dərmanlar kömək etmədikdə cərrahi əməliyyat tətbiq oluna bilər.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 732
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri