Baş və boyun xərçənginin ilkin əlamətləri

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 7 096
Səs ver:
(səs: 2)
Mütəxəssislər bildirir ki, xərçəng xəstəliyi deyəndə, bir çox insanın ağlına ağciyər, qan və ya döş xərçəngi gəlir. Halbuki, bu gün baş və boyun xərçəngi də geniş yayılıb. 
Dünyadakı xərçəng xəstələrinin 10 faizi məhz baş və boyun xərçəngindən əziyyət çəkənlərdir. 
 
Bu gün cəmiyyət baş və boyun xərçəngi haqqında məlumatsızdır. Bu xəstəliklərin ilkin əlamətləri bilinmədiyi üçün vaxtında diaqnoz qoyulmur və bu da xəstənin ölümlə üzləşməsinə gətirib çıxarır.
 
Həkimlərin sözlərinə görə, baş və boyun xərçənginin ən böyük səbəbi spirtli içkilər və siqaret aludəçiliyidir.
Bundan başqa, cinsi yolla keçən HPV virusu da xərçəngin bu növünə səbəb olur. Qeyd edək ki, baş və boyun xərçəngi dedikdə, bu bölgələrdə müşahidə edilən hər cür xərçəng növü nəzərdə tutulur. Buna dil, qırtlaq, damaq, boğaz, ağız içi, dodaq və diş əti xərçəngini daxil etmək olar.
 
Bu bölgələrdə müşahidə edilən xərçəng çox uzun müddətlik müalicə tələb edir. Erkən dövrdə diaqnoz qoyulub müalicəyə başlanıldığı halda, xəstənin xilas olma şansı 80 faizə kimi artır.
 
Ağızda çıxan kiçik bir yara, səsin qısılması, boğazın şişməsi adətən, qrip və ya soyuqlama əlamətləri zənn edilir. Halbuki, bunlar xərçəngin nişanəsi ola bilər.
 
Əgər aşağıdakı halları müşahidə edirsinizsə, dərhal həkimə müraciət edin!
 *Boyun bölgəsində ağrısız şişlər
*Ağzın içində, dil və dodaqda 10 gündən çoxdur ki, sağalmayan yaralar
*Udqunarkən çətinlik çəkmək
*Burnun davamlı olaraq tutulması və ya burun qanaxmaları
*Göz ətrafında şiş və ya cüt görmə
*Mütəmadi davam edən qulaq ağrısı və qulaq çınlaması.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 7 096
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri