Dr. Vəfa Həsənova 1981-ci ildə Bakıda anadan olub. 1998-ci ildə 5 saylı kimya – biologiya təmayüllü Respublika baza liseyini fərqlənmə atestatı ilə bitirib Azərbaycan Tibb Universitetinin " Müalicə - profilaktika " fakultəsinə daxil olmuşdur. 2004-2005 illərdə Ə. Əfəndiyev adına 2 saylı klinik xəstəxanada həkim otolarinqoloq kimi internatura kursu keçmişdir. 2005 – 2007 ci illərdə " Yeni Həyat " tibb mərkəzində cərrahiyyə şöbəsinin müdiri və həkim otolarinqoloq vəzifəsində çalışmış , 2006 – 2008 ci illərdə 1 saylı Bakı Dəmir yol xəstəxanasında həkim otolarinqoloq , 2008 ci ilin sentyabr ayından Xocəsən Sağlamlıq Mərkəzində həkim otolarinqoloq vəzifəsində çalışır. 15 . 05 . 2012 - 13.07.2012 Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda " Otorinolarinqologiya " üzrə ümumi təkmilləşmə kursu 2 ay 2013cü il fevralın 1də həkimlərin sertifikasiya imtahanından keçib. Ölkədaxili və ölkəxarici keçirilən konqres və konfransların iştirakçısıdır.
2012 ci il Hacettepe Universitesi Tıp Fakultesi Kulak , Burun və Bogaz Hastalıkları Anabilim dalı gözlemcı doktor , Ankara , Turkiyə
6-12 April 2013 Course on "Functional Aesthetic Rhinosurgery " and Hands- on İntraoperational Coaching , New Hospitals, Tbilisi , Georgia
6 – 7 iyun 2014 Yaxın Avrasiya Afrika Qulaq – burun –bogaz Cəmiyyətinin 1-ci Beynəlxalq Konqresi
01.05.2015 – 02.05.2015 Тренинг « Мезотерапия , инъекции ботокса , контурная пластика » клиника Paramed