Eşitmə qabiliyyətinizdən məmnunsunuz?

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 2 064
Səs ver:
(səs: 1)
Son illər dünyada eşitmə qabiliyyətini itirənlərin sayı sürətlə artır. Alimlər bunun səbəbi kimi qulaqlıqdan istifadə etmək, həddən artıq yüksək səsdə musiqi dinləmək, səs-küylü, böyük şəhərdə yaşamaq kimi fərqində olmadığımız təhlükələri göstərir. Eşitmə qabiliyyətinin tamamilə itməməsi üçün erkən diaqnoz çox önəmlidir.
Bəs eşitmə qabiliyyətiniz sizi qane edir?
 
*Həkimlər bildirir ki, müəyyən xəstəliklər və istifadə edilən dərmanlar karlığa səbəb ola bilir. Bu səbəbdən, hər hansı dərman vasitəsinin istifadəsindən sonra eşitmə qabiliyyətində fərqlilik hiss etdikdə dərhal həkimə müraciət etmək lazımdır.
Təzyiq dərmanları və aspirin bu baxımdan ən təhlükəli preparatlar hesab edilir.
 
*Özünüz fərqində olmasanız da, ətrafdakılar sizə yüksək səslə danışdığınızı deyirlərsə, bu qulaqda müəyyən problemlərin baş verdiyini göstərir. Belə olan halda, həkimə getmək mütləqdir.
 
*Uşaqların nə dediyini anlmaqda çətinlik çəkir, həmçinin, "S” və "F” səslərini eşidə bilmirsinizsə, dərhal həkimə müraciət edin.
 
*Telefonla danışarkən qarşı tərəfin dediklərini ayırd etmək və ya bir neçə nəfərin eyni vaxtda danışdığı anlarda çaşbaş qalmaq da, eşitmə qabiliyyətinin zəiflədiyindən xəbər verir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 064
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri