Qəbizlikdən əziyyət çəkənlər qəbizliyi öz həyatlarının bir parçası kimi qəbul edirlər , uzun illər özləri – özlərinə çarə axtarırlar. Bəzi insanlar illərcə işlədici dərmanlar içib, imalələr edib və digər üsullarla " müalicə " olunaraq , həkimə müraciət etmirlər. Beləliklə, vəziyyəti daha da ağırlaşdırırlar.
Qəbizlik bütün yaş dövrlərində - yenidoğulmuşlardan tutmuş yaşlı insanlara kimi rast gəlinə bilər.
QƏBİZLİK NƏDİR ?
QƏBİZLİK termini altında bağırsağın boşalma
funksiyasının dayanıqlı və ya gəlib – keçən pozulması nəzərdə tutulur. Qidanın insan bədənində keçdiyi yola orta hesabla , 24 – 48 saat sərf olunur.
Xroniki qəbizliyi olan şəxslərdə isə bu
proses 60 , bəzən 120 saat ( yəni 5 sutka ) davam edir.
Kliniki praktikada aşağıda sadalanan əlamətlərdən 2 və daha artığının mövcudluğu zamanı qəbizlik məvhumu haqqında düşünmək olar :
Bağırsaq möhtəviyyatının gec – gec xaric olması ( həftədə 3 dəfədən az ) ;
Defekasiya zamanı nəcisin az miqdarda xaric olması ( 35 qr/ sutka – dan az ) ;
Xaric olunan nəcisin forma , konsistensiya və sıxlığının dəyişməsi ;
Bağırsağın natamam boşalması hissiyyatı ;
Akt müddətinin 25 % - dən uzun çəkən anorektal obstruksiya hissi
Möhtəviyyatın yumşaq konsistensiyasına baxmayaraq , güclü gücənmələrə ehtiyac hissi .
QƏBİZLİYƏ SƏBƏB OLAN AMİLLƏR :
Qida rejiminin dəyişməsi ;
Hamiləlik ;
Müəyyən qida məhsullarının ( çay , kakao və tərkibində bitki lifləri az miqdarda olan qidalar ) istifadəsi zamanı ;
Emosional amillər ( stress ,depressiya ) ;
Bəzi dərman preparatlarının qəbulu ( antidepresantlar , ağrıkəsicilər , hormonal preparatlar);
Mədə - bağırsaq sistemi xəstəlikləri ( xora xəstəliyi , yoğun bağırsağın şişləri ) ;
Bərkimiş nəcis kütləsinin bağırsaqlarda yığılması ( nəcis daşları ) ;
Anal dəliyin xəstəlikləri ( anal çat, paraproktit , hemarroy ) ;
Nevroloji xəstəliklər ( Parkinson xəstəliyi , Dağınınq skleroz , onurğa beyninin şişləri ) ;
Endokrin sistemin xəstəlikləri ( hipotireoz , şəkərli diabet , piylənmə ) ;
Uzun müdətli depressiya.
QƏBİZLİYİ ARADAN QALDIRMAQ ÜÇÜN 10 QIZIL QAYDA :
Kifayət qədər maye qəbul edin ! ( 8 – 10 stəkan su ) Tərkibində maqnezium olan mineral sular işlədici təsir göstərir. Qara çayı yaşıl çay ilə əvəz edin , kofeni isə rasiondan çıxarın !
Qida rasionuna liflə zəngin qidalar daxil edin ! Məs : kobud undan bişirilmiş çörək ,qarabaşaq, yulaf , quru paxla , mərcimək kimi yeməklər , salatlar , şorbalar . Qara gavalı , əncir, üzüm , quru ərik kimi meyvələr xeyirlidir. Belə qidalar bağırsaqdakı toksinlərin , maya göbələklərinin və xəstəliktörədən bakteriyaların inkişafını azaldır.
Tez mənimsənilən qisaları azaldın ! Rasiondan ağ çörəyi , bulkanı , mannı sıyığını , kartofu , makaronu , kiseli , şokalad ,armudu çıxardın !
Qidalanma rejimini dəyişin ! Az – az, tez – tez ( gün ərzində 5 – 6 dəfə ) yeyin !
Aktiv hətəkətlər edin ! Cəld addımlarla gəzmək , requlyar gimnastika, üzmək bağırsaqların hərəkətini stimulyasiya edir. Ən azı gün ərzində 20 – 30 dəqiqə fiziki aktiv hərəkətlər edin ! Səhər yeməyinə qədər qarnın ön divarını saat əqrəbi istiqamətində dairəvi masaj edin!
Səhər yeməyini səhər saat 9: 00 – a qədər yeyin !
Səhər yeməyindən sonra gündəlik " bağırsağı məşq elətdirin " ! Tualetə gedib 10 dəq oturun. Nəticədən asılı olmayaraq , bu vaxt boş yerə sərf olunmayacaq. Vaxt keçdikcə siz yoğun bağırsağın eyni vaxtda boşalmasına nail olacaqsız.
Heç vaxt defekasiya aktını saxlamayın ! Çağırış olan kimi tez tualete gedion ! Eləcə də çox gücənmədən uaq olun , bu düz bağırsaq üçün ziyanlıdır .
Qəbul etdiyiniz hər hansı bir dərmanı diqqətlə öyrənin – qəbizlik onların qəbulunun nəticəsi ola bilər. Həkimlə məsləhətləşin .
İşlədici dərmanları öz başına
qəbul etməyin , mütləq həkimlə məsləhətləşin . Seçilən dərman sizin üçün
effektli və təhlükəsiz olmalıdır !
QƏBİZLİYƏ " DIRNAQARASI " BAXMAYIN ! ÇÜNKİ QƏBİZLİK CİDDİ
XƏSTƏLİKLƏRİN İLK VƏ GÖRÜNƏN TƏK ƏLAMƏTİ OLA BİLƏR ! " QƏBİZLİK HAMIDA VAR ,QORXULU DEYİL " DEMƏYİN , VAXTINDA HƏKİMƏ MÜRACİƏT EDİN !
Facebook səhifəsi: Metanet Doktor
Telefon və whatsapp: ( 050 ) 581 34 81