Mikrobiyota nədir?

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 1675
Səs ver:
(səs: 0)
Mikrobiyyata terminini ilk dəfə, 1958-ci ildə Nobel Tibb Mükafatını qazanan ABŞ-lı Joshua Lederberg istifadə etdi. Mikrobiyota, bədənimizdə yaşayan mikroorqanizmlər sistemini, milyardlarla göbələk, bakteriya və tək hüceyrəlilərdən yaranan, həyati əhəmiyyətə sahib, çox həssas bir super orqanı izah edir. Hər insan, bünyəsində iki kiloya qədər mikrob daşıyır. Mikrobiyotanın necə işlədiyi isə hələ böyük bir müəmma.

Human Microbiome Project (HMP) nədir?
Necə hər fərdin ayrı bir genomu varsa, ayrı bir mikrobiyatası da var. Bu xarakteristika mikro canlılar birliyin variasiyalarını araşdırmaq üçün 2008-ci ildə Human Microbiome Project başladıldı. Ortalama 80 institut insanların içində və üzərində yaşayan bütün mikroorqanizmlərin genini araşdırıb ümumiləşdirməyə çalışır.

Mikrobların vəzifəsi nədir?

İnfeksiyalara da səbəbiyyət verə bilirlər, lakin bu minicik ‘həyat yoldaşlarımız' həzm sistemində həyati əhəmiyyətə sahib vitaminlər meydana gətirir, immunitet sistemini gücləndirir, xəstəlik meydana gətirən bakteriya və göbələklərə qarşı mübarizə aparırlar. Dəri üzərində də zərərli mikroblardan qoruyucu vəzifələr boynuna götürürlər.

Elm necə bir məlumata çatmağı ümid edir?
Mikrobiyotanın daha yaxşı başa düşülməsiylə insanın müəyyən xəstəliklərə uyğunluğu daha yaxşı diaqnoz edilə bilər, mikrobiyotaya ediləcək uyğun fərdi müdaxilələrlə isə sağlamlıq problemlərindən qaçmaq mümkün ola bilər. Ayrıca araşdırmaçılar bu araşdırmalarla, eyni dərmanın niyə bəzi insanlarda mükəmməl işlərkən bəzi insanlarda zəif qaldığının ya da heç işə yaramadığının cavabını da tapmağı ümid edir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1675
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri