Hansı məhsullar təzyiqi salır?

Müəllif: Son Bahar
Şərhlər: 6
Baxılıb: 6 348
Səs ver:
(səs: 0)
Həkimlər hipertoniyadan əziyyət çəkən insanlar üçün xüsusi müalicəvi pəhriz tövsiyə edir.
Hipertoniya xəstələri öz qidalanmasından yağlı, duzlu, qızardılmış, hisə verilmiş, marinada qoyulmuş qidaları çıxarmalıdır. Məhz bu qidaların qəbulu təzyiqin artmasına səbəb olur.
Qidalanmaya daha çox meyvə-tərəvəz, qoz-fındıq, balıq daxil etmək lazımdır.
Hipertoniyadan əziyyət çəkən insanlar üçün ən faydalı məhsullar:
- Balıq. Elmi araşdırmalar nəticəsində məlum oldu ki, balığın tez-tez qəbulu təzyiqin tənzimlənməsinə kömək edir. Balıq, təbii ki, suda və ya buğda bişirilməlidir, qızardılmış balıq yemək olmaz.
- Quru meyvələr: kişmiş, ərik və qara qavalı qurusu.
- Süd məhsulları: süd, qatıq, kəsmik, kefir, pendir (çox duzlu olmamalıdır).
- Meyvə və giləmeyvələr: alma, banan, avokado, qara qarağat, itburnu, qarpız, kivi, limon, portağal, naringi, qreypfrut.
- Tərəvəzlər: sarımsaq, kələmin bütün növləri, bibər, xiyar, çuğundur, balqabaq, kök.
- Göyərti: cəfəri, ispanaq, kərəviz.
- Qoz-fındıq: araxis, badam, qoz, fındıq.
- Sıyıqlar: qarabaşaq, yulaf yarması ("herkules").
- Paxlalı bitkilər: noxud, lobya, mərci.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 6 348
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri