Artıq çəkinin 2-ci tip diabetə təsiri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 137
Səs ver:
(səs: 1)
2-ci tip diabetdə bədən çəkisi problemi mühüm əhəmiyyət kəsb edir. Qədim zamanlarda insan qida axtarışı zamanı o qədər fiziki güc sərf edirdi ki, yediyi qida tezliklə həzm olunurdu və çəki artıqlığı problemi yaranmırdı. İnsan gün ərzində ən azı 3-4 dəfə qida qəbul edir. Buna müvafiq olaraq insan həm də fiziki güc sərf etməlidir. Heç bir fiziki fəallıq olmursa, qəbul olunan qidanın bir hissəsi bədənin ayrı- ayrı hissələrində piy şəklində toplanmağa başlayır. Adətən ayrı- ayrı nahiyələrdə piy şəklində toplanan artıq çəki insan ac qaldıqda və ya zəif qidalandıqda sərf olunur, bu zaman çəki azalır. Müasir dövrdə insanlar çox qida qəbul edir, lakin az hərəkətdə olurlar.

Bu gün insanlar lift, avtobus, maşın, elektrotexnika, distansion idarə olunan avadanlıqlardan istifadə edir və oturaq həyat tərzi keçirirlər. Deməli, artıq çəki problemi davam etməkdədir. Qəbul etdiyimiz qida piy şəklində dəri altına 12 toplanmağa davam edir. Lakin qeyd etmək lazımdır ki, burda irsilik də böyük rol oynayır. Kök valideynin övladı da çox zaman artıq çəkili olur. Ancaq elə bir artıq çəki yoxdur ki, onu azaltmaq mümkün olmasın, hətta çəkinin azacıq azalması belə sağlamlığın yaxşılaşmasına müsbət təsir göstərir. 2-ci tip şəkərli diabetin yaranmasında və inkişaf etməsində artıq çəkinin çox böyük təsiri var. Belə xəstələrin 80-90%-dən çoxunda artıq çəki problemi var. Məlumdur ki, 2-ci tip şəkərli diabet, əsasən, irsi xarakter daşıyır və bundan daha çox yaxın qohumlar əziyyət çəkir (valideynlər və uşaqlar, bacı, qardaş). Normal bədən çəkisi olan xəstələrdə insulinə həssas nöqtələrin qüsurlu olmasının artıq çəki ilə heç bir əlaqəsi yoxdur.
Artıq çəki insanda nəinki şəkərli diabet xəstəliyinin yaranma risqini artırır, eləcə də arterial qan təzyiqinin və qanda xolesterinin yüksəlməsinə səbəb olur. Bu risk isə öz növbəsində ürəyin işemik xəstəliyinə gətirib çıxara bilər. Bundan başqa, artıq çəki sümükləri və oynaqlari deformasiyaya məruz qoyur, digər xəstəliklərə yol açır.

Artıq çəkidən azad olmanın xeyri

Bədənin artıq kütləsi çox böyük olduqda onu normal çəkiyə gətirmək asan olmur. Yuxarıda da qeyd etdiyimiz kimi, çəkinin normal göstəricilərə qədər azaldılması qanda həm şəkəri, həm də xolesterini aşağı salmağa kömək edir. Xəstənin çəkisinin hər həftə 0,5-0,8 kq azalması yaxşı olar. Çəkinin belə dəyişmə tempi orqanizm üçün daha yaxşıdır və davamlı effekti olur. Bədən çəkisinin davamlı olaraq optimal həddə saxlanılması hər bir xəstədən ömrü boyu iradəli olmağı və buna nəzarət etməyi tələb edir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 137
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri