Arterial hipertenziya (YÜKSƏY QAN TƏZYİQİ)

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 5 069
Səs ver:
(səs: 1)
Arterial hipertenziya ( Yüksək qan təzyiqi)
Arterial hipertenziya (hipertoniya) qan təzyiqinin davamlı olaraq 140/90 mm civə sütunu və ondan yüksək olmasıdır.
Qan təzyiqi - bu qanınızın damarlarda hərəkət sürəti nəticəsində damar divarına göstərdiyi təsir qüvvəsidir .
O nə qədər yüksək olsa, bir o qədər damarlarınıza mənfi təsir edir. Damarlara əlavə təsir onun zədələnməsinə gətirib çıxarır. Birincili və ikincili arterial hipertenziya ayırd edilir.

Birincili hipertenziya damarlarda xolesterin (piy) çökməsi səbəbindən yaranan aterosklerozun nəticəsidir.
İkincili hipertenziya isə böyrək və endokrin xəstəliklərinin bir əlaməti və ya oral (yəni həb şəkilində qəbul edilən) kontraseptivlərin (hamiləliyin qarşısını alan dərmanlar) qəbulunun əlavə təsiri kimi yarana bilər. Birincili olaraq qan təzyiqinin yüksəlməsi ümumi qan təzyiqindən əziyyət çəkən xəstələrin 90-95 %-ni təşkil edir.

Qan təzyiqi iki rəqəmlə ifadə olunur. Birinci qeyd olunan rəqəm sistolik təzyiq adlanır. Sistolok təzyiq – qanın ürəyin yığılma mərhələsində meydana gəlmiş gücüdür.
İkinci rəqəm – diastolik təzyiqdir. Bu, qanın ürəyin boşalma anındakı gücünü göstərir.

Qan təzyiqinin normal göstəriciləri:

İdeal arterial təzyiq 120/80 mm c.s.-dan aşağı olmalıdır.

121-139/80-89 mm c.s. hipertenziyaönü təzyiqdir. Yəni, bu şəxslər daimi təzyiqlərinə nəzarət etməlidirlər.

140/90 mm c.s.-dan yuxarı olan təzyiq yüksək qan təzyiqi, daha doğrusu hipertenziya xəstəliyidir!

Arterial qan təzyiqinin yüksəlməsindən Yer kürəsi əhalisinin 15%-i əziyyət çəkir. İnsan ölümünün 50%-dən çoxunun səbəbi isə yüksək qan təzyiqinin ağırlaşmalarıdır (infarkt, insult, xroniki ürək çatışmazlığı ).

Yüksək qan təzyiqi ürək infarktının, beyin insultunun (paralic), böyrəyin, damarların, görmə qabiliyyətinin itirilməsinin əsas səbəblərindəndir!

Yüksək qan təzyiqinin əlamətləri

Təəssüf ki, bir çox hallarda qan təzyiqinin yüksəlməsi yaş artıqca tədricən baş verir, orqanizm yüksələn qan təzyiqinə isə zaman keçdikcə uyğunlaşır.
Yəni , orqanizm bu təzyiqə öyrəşir. Bu isə el arasında səhv olan bir terminə səbəb olub - "işlək qan təzyiqi" ("rabochiy təzyiq"). Bu cəfəngiyyatdan başqa bir şey deyildir! Çünki orqanizmin təzyiqə öyrəşməsi xəstənin şikayətinin olmamasına gətirib çıxarır. Amma yüksək təzyiq öz "qara işini" görür. Bir də eşidirsən ki, filankəsi infark və ya paralic "vurdu" ya da filankəs yatdı, durmadı.
Qısaca, bir çox hallarda təzyiq yüksəlməsi heç bir əlamətlə xəstəni narahat etmir, ya da insanlar bu kimi - arabir baş ağrıları, baş hərlənməsi, qulaqlarda səs, ürək nahiyəsində ağırlıq hissiyatı, küt ürək ağrıları , göz qabağında kiçik qara, sayrışan qara nöqtələr və s.
Bu isə bizi "fil qulağında yatmağa" vadar edir.

Kimlər risk qrupuna daxildir?
İrsi faktor - əgər sizin yaxın qohumlarınızdan (baba,nənə, ata, ana,bacı, qardaş və s.) kimsə, qan təzyiqinin yüksəlməsindən əziyyət çəkirsə, sizin də xəstələnmək şansınız yüksəkdir.

Cinsi faktor - kişilər qadınlara nisbətən daha tez arterial təzyiqin yüksəlməsinə meyillidir (30-50 yaş). 50 yaşdan sonra qadınlarda menopauza (aybaşının kəsilməsi) başlanması ilə əlaqədar qadınların da bu xəstəliyə düçar olma riski artır.

Yaş faktoru – 30 yaşdan yuxarı kişilər və 50 yaşdan yuxarı qadınlar digər risk faktorları olduğu halda təzyiqlərinə vaxtaşırı nəzarət etsələr pis olmaz.

Stress və psixi gərginlik – müasir dövrdə həyatımızın bir hissəsinə çevrilməklə bir çox xəstəliklərin əmələ gəlməsində vacib əhəmmiyyət kəsb edir.

Nə etməli ?
1. Artiq çəkidən azad olun. Bədən çəkisinin az miqdarda aşağı salınması belə qan təzyiqini normalaşdıra bilər.
2. Siqareti tərgidin. Siqaret çəkmə qan təzyiqinin qalxmasına və damar divarının zədələnməsinə səbəb ola bilər. Siqareti tərgitməklə hipertenziya nəticəsində ölüm riskini dərman qəbuluna nisbətən daha çox azaltmış olursunuz.
3. Spirtli içki qəbulunu minimuma endirin.
4. Daha az duz qəbul edin. Bəzən duzun miqdarını azaltmaq qan təzyiqinin normallaşmasına səbəb ola bilər.
5. Stressdən uzaq olmağa çalışın. Str
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 5 069
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri