Yumurtalıq Kistaları

Şərhlər: 3
Baxılıb: 3 817
Səs ver:
(səs: 0)
Yumurtalıqlar kiçik çanaq boşluğunda yerləşmiş orqanlar olub, irsi anomaliyalardan xərçəngə qədər dəyişən çox müxtəlif xəstəliklərə sahib ola bilər. Bunların bir hissəsi hüceyrə çoxalması ilə bağlı problemlər olub, digər hissələri menstrual tsikl boyunca müşahidə olunan, adətən özbaşına sağalan funksional və kistik strukturlardır. Bu səbəbdən də, yumurtalıqlarda rast gəlinin hər kistik strukturlar əməliyyata ehtiyac yoxdur, lakin diferensial diaqnostikası bir qədər çətindir.

Yumurtalıqlar yerləşmə yerinə görə pataloji hallarda daha az kliniki əlamətlər verən və klinik dəyərləndirmənin aparılması çətin olan orqanlardır. Bu səbəbdən də, xərçəng xəstəliklərində diaqnoz qoyulan zaman xəstəlik kifayət qədər irəliləmiş olur. Xəstələr daha çox irəli mərhələlərdə olan xərçənglə müraciət edirlər. Yumurtalıq xəstəlikləri üçün hal – hazırda güvənli diaqnostik testlər mövcud deyil. Bunun üçün ən vacib üsul periodik ginekoloji müayinədir. Yumurtalıq patalogiyalarının özünü yumurtalıq böyüməsi şəklində göstərdiyini nəzərə alaraq, xəstələrin çoxunda pataloji proses aşkar edilə bilər. Xüsusən də reproduktiv funksiya ilə bağlı funksiya və problemlərin sona çatdığını düşünən, ginekoloji müayinə üçün müraciət etməyən irəli yaşlı qadınlarda müayinənin aparılmasının xüsusi önəmi vardır. Bu bizim ölkə kimi sağlıq təhsilinin yetərli olmadığı ölkələrdə daha önəmlidir. Periodik müayinənin aparılma tezliyi üçün təyin edilmiş dəqiq vaxt yoxdur, lakin praktik olaraq heç bir şikayəti olmayan qadınların 6 ayda bir dəfə müayinə edilməsi məqsədə uyğundur.

Normal yumurtalıqlar 3,5 x 2,5 x 1 sm ölçüdə orqanlardır. Yumurtahüceyrənin yetişməsi ilə əlaqədar olaraq yumurtalıqların üzərində 2 sm civarında follikullar yarana bilər və bu USM – də kistik boşluqlar kimi görünür. Daha sonra bunlar eyni ölçülü sarı cismə çevrilirlər. Yumurta hüceyrənin yetişməsi ilə əlaqədaryaranan kistalara funksional kistalar deyilir. Bunların hormon sintez edən və etməyən növləri vardır. Yumurtalıq kistaları klinik müayinədən əlavə USM – lə də təyin edilir. Pelvik kütlənin yumurtalığa aid olduğunu təyin etdikdən sonra əməliyyatın lazım olub olmadığını təyin etməmişdən əvvəl prosesin xoş və ya bəd xassəli olması müəyyənləşdirilməlidir. Çünki bu hal icra ediləcək əməliyyatın həcmi baxımından fərqli yanaşma formalaşdırır. Törəmənin xoş və ya bədxassəli olmasını USM – lə də müəyyənləşdirmək olar.

Bütün yumurtalıq kistaları və solid törəmələrdə ən önəmli məsələlərdən biri burulmadır. Yumurtalığın öz ətrafında burulması ilə yumurtalığı qidalandıran damarlaq sıxılır, yumurtalıq nekrozu baş verir və erkən diaqnostikası çətin olub, əməliyyat olmazsa yumurtalıq toxuması məhv olur.

Yumurtalıq kistalarında rast gəlinə bilən daha bir hal kistanın yırtılmasıdır. Kəskin qarınla birlikdə daxili qanaxma da müşahidə oluna bilər. Qanaxmanın özbaşına durması ehtimalı da vardır, lakin bəzi hallarda əməliyyat lazımdır.

Yumurtalıq kistaları adətən xoşxassəli törəmələrdir. Bunlar:

Follikulyar kistalar
Sarı cisim kistaları
Teka lütein kistaları
Hamiləlik lüteoması
Paraovarial kista
Endometrioma ( şokolad kistası ) kimi funksional mənşəli ola biləcəyi kimi;
Seroz sistoadenoma
Musinoz sistoadenoma
Dermoid kista
Tekoma
Brenner şişi
Şəffaf hüceyrəli adenoma kimi neoplastik xoşxassəli şiş toxumasından ibarət ola bilər.
Aşağıda tez – tez rast gəlinən bir neçə kistadan ətraflı bəhs ediləcək.

Follikulyar kista

Folikulyar kista dominant folikulun böyüməyə davam etməsi nəticəsində əmələ gəlir. Gərgin və möhtəviyyatı şəffaf maye olan kistalar formalaşır. Adətən bir neçə sayda və iki tərəfli olaraq rast gəlinir. Böyüklükləri adətən 3 sm – i keçməz, nadir hallarda 4 sm – ə çatır. Böyük folikulyar kistalar isə ovulasiyanın induksiyası məqsədilə istifadə olunan dərmanların təsirindən yaranır. Folikulyar kistalar adətən simtomsuzdur, əksər hallarda təsadüfən aşkarlanır və nadir hallarda burulur və yırtılır. Menstrual pozğunluğa səbəb ola bilər. Folikulyar kistalar adətən öz – özündən yox olur və müalicəyə ehtiyac olmur, lakin folikulyar kista diaqnozu qadının bir dəfə müayinə olunması zamanı qoyulmaz. Reproduktiv dövrdə 5 sm – dən kiçik kistası olan qadınlar bir menstrual tsikl sonra bir daha müayinə edilir. Folikulyar kista adətən 1 – 2 tsikl sonra özbaşına kiçilir. Müşahidə sırasında kiçilməyən, getdikcə böyüyən və ya burulan, yırtılan kistalarda əməliyyat icra edilməlidir. Kista əməliyyat zamanı yumurtalığa zərər vermədən çıxarılır.

Endometrioma ( şokolad kistası ) – Yumurtalığın endometrioid kistası

Endometrioma uşaqlığın daxili qatının fərqli yerlərdə, daha çox isə yumurtalıqlarda yerləşməsidir. Hər menstrual tsikl zamanı qanaxma və sağalma səbəbiylə bu ocaqlarda kista formalaşır. Bu kistalar adətən ətraf toxumalara birləşmiş olur və ətraf toxumalarda da endometrioz ocaqlar müşahidə olunur.

Adətən xəstələr sonsuzluq, ağrılı və bol qanaxmalı menstruasiya və cinsi əlaqə zamanı ağrının olası şikayətilə müraciət edir. Müalicə kistanın əməliyyatla çıxarılmasıdır. Endometriozun müalicəsi əsasən sonsuzluq və ağrı probleminin həll edilməsinə yönəlir. Bu problemlərdən və ya hər ikisinin olması müalicə taktikasını dəyişə bilər. Minimal və yüngül endometriozda müalicə olunmadan əldə edilən hamiləlik sayı müalicə sonrası əldə edilən hamiləliklərlə eyni səviyyədədir, buna görə də dərman müalicəsinə başlamazdan əvvəl 6 – 9 ay gözləmək yerində ola bilər. Təkcə ağrı sindromu zamanı ağrıkəsicilər istifadə oluna bilər.

Müalicədə cərrahi müdaxilə, hər ikisinin kombinasiyası və ya cərrahi müdaxilə sonrası dərman müalicəsinin aparılması kimi metodlar istifadə oluna bilər. Dərman müalicəsində əsas məqsəd hormonal preparatların istifadəsi ilə endometrial ocaqların ləğv edilməsidir. Dərman müalicəsinin təsiri en azı 2 ay sonra görünür. Yumurtalıqda müşahidə olunan endometrioma 3 sm – dən böyük olarsa, dərman müalicəsi effekt vermir.

Cərrahi müalicə xüsusən də orta və şiddətli dərəcədə ağrı və sonsuzluq şikayəti olanlarda istifadə olunur. Cərrahi müalicə xəstəliyin yayılma dərəcəsinə, xəstənin yaşına, problem və beklentilerine görə icra edilir. Məsələn, yaşlı, yayılmış xəstəliyi olan, şiddətli ağrıdan şikayət edən və hamilə olmaq istəməyən xəstələrdə uşaqlıq və yumurtalıqların cərrahi olaraq çıxarılması ilə xəstənin istədiyi effekt alınır və problem kökündən həll edilir. Eyni problemi olan cavan qadında bir sağlam yumurtalığın saxlanıla bilər. Əsas problemi ağrı olan və uşaqlıq və yumurtalıqların saxlanmasını istəyən qadınlarda uşaqlığa gələn sinirləein kəsilməsi mənasına gələn presakral neyrektomiya aparıla bilər. Uşaq sahibi olmaq istəyən qadınlarda mütləq orqansaxlayıcı cərrahi müdaxilə tətbiq edilməlidir. Cərrahi müdaxilənin əsas məqsədi şokolad kistalarının endometrioz ocaqlarının çıxarılması, bitişmələrin aralanaraq normal kiçik çanaq anomaliyasının bərpa edilməsidir. Laparoskopik cərrahi müdaxilənin xəstələrin əməliyyat sonrası yaxşılaşması baxımından laparotomiyadan üstündür.

Endometriozun cərrahi müalicəsindən sonra, xüsusən bir il ərzində 30 – 70 % arasında dəyişən hamiləlik sayı müşahidə olunur.

Dermoid kista ( Kistik teratoma )

Dermoid kistalar yumurtalıq törəmələrinin 10 – 15 % — ni təşkil edir. Qeyd etmək lazımdır ki, 20 yaşdan az müddətdə müşahidə olunan yumurtalıq şişləri arasında ilk sırada yer alır. Hər yaşda müşahidə olunmaqla birlikdə, 20 – 40 yaşlar arasında daha çox rast gəlinir. Dermoid teratomada hakim olan toxuma adətən dəri və dəriyə aid olan toxumalar olduğundan 100 illərdir istifadə olunan səhv adlandırılmadır. Bədxassəli şişə çevrilmə ehtimalı 1 – 3 % — dir. Kista adətən 10 – 15 sm diametrindədir. Kista açıldığında adətən saç, sümük, diş, qığırdaq və yağa bənzəyən qatı maye möhtəviyyatlı olması aşkar edilir. Bəzən daxilində bağırsağın selikli qişası, qalxanabənzər vəz toxuması, sinir toxuması və ya tənəffüs sisteminə aid toxumalar aşkar edilir. Klinik olaraq adətən asimptomatikdir, təsadüfən aşkar edilir, lakin bəzi hallarda qarında ağrılar müşahidə oluna bilər.

Müalicə kistanın əməliyyat vasitəsilə çıxarılmasıdır. Dermoid kista aşkar edilən qadınlar adətən reproduktiv dövrdə olduqlarından əməliyyat zamanı yumurtalıqlar mümkün olduğu qədər qorunmalıdır
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 817
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri