Süd vəzinin gilələri niyə ağrıyır?

Müəllif: Love Angel
Şərhlər: 1
Baxılıb: 2 354
Səs ver:
(səs: 0)
60 % qadınlarda süd vəzinin gilələrinin ağrısına rastlamaq mümkündür. Bu hal adətən hormonal fonun tsiklik pozulması nəticəsində meydana çıxır. Amma bu əlamət bir sıra ciddi xəstəliklərdən də xəbər verə bilər.

Süd vəzinin gilələri niyə ağrıyır? Bu sualın bir mənalı cavabı yoxdur. Çünki ağrının yaranma səbəbləri müxtəlifdir.

Qadinla.com xəbər verir ki, burada əsas amillər hamiləlik, laktasiya, həmçinin də premenstural sindromdur. Əmziklər ətrafında olan narahatlıq ümumi olaraq süd vəzinə aid edilə bilməz. Çünki bu ağrıların mənşəyi və xarakteri müxtəlif olur. Döş uclarında yaranan ağrıların səbəbi antidepressant qəbulu, hormonal terapiya, mastopatiya, süd vəzi kistaları və s. xəstəliklər də ola bilər.

Süd vəzi gilələrinin ağrıması bir çox hallarda hamiləlikdən xəbər verir. Süd vəzilərinin qanla təchizatının artması və hamiləlik hormonu olan prolaktinin təsiri ilə gilələrin həssaslığı artır. Nəticədə də gilənin toxumalarında sürtünmə və ağrı hissi əmələ gəlir.

Ağrı olduğu zaman nə etmək lazımdır?

Ağrı zamanı yaxşı olardı ki, həmin nahiyəyə əl vurmayasınız, daha rahat və təbii parçalardan hazırlanmış geyimlər geyinin. Şəxsi gigiyenanıza diqqət yetirin. Sinə nahiyəsini mexaniki təsirlərdən qoruyun.

Əgər döş uclarında menstrual tsiklə və hamiləliyə xas olmayan fərqli ağrılar hiss edirsinizsə, o zaman həkimə müraciət edin. Həmçinin də döş ucları formasını və rəngini dəyişib eroziyaya uğrayarsa, bu, onkoloji xəstəliyin əlaməti ola bilər. Buna görə də ağrı və dəyişiklik zamanı təcili olaraq onkoloq həkimə müraciət edilməlidir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 354
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri