Uşaqlığın mioması

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 2 475
Səs ver:
(səs: 0)
Uşaqlığın mioması hormondan asılı olan, uşaqlığın əzələ qişasından və birləşdirici toxuma elementlərindən inkişaf edən xoşxassəli şişdir. Qadın xəstəlikləri arasında uşaqlığın mioması qadın cinsiyyət üzvlərinin iltihabi xəstliklərindən sonra ikinci yeri tutur. Şişin morfoloji quruluşundan, onun tərkibində olan əzələ və birləşdirici toxuma elementlərinin nisbətindən asılı olaraq uşaqlığın miomasını fibroma yaxud fibromioma da adlandırırlar.

Etiologiyası:
Etiologiyası tibbə tam aydın deyil. Lakin xəstəliyin inkişafında steroid hormonların böyük rol oynadığı qeyd olunur. Uşaqlığlın hormonu olan esterogenin metobolik çevrilməsinin pozulması, eləcə də esterogenin fraksiyalarının nisbətən dəyişməsi uşaqlığın selikli qişasında morfoloji dəyişikliyə səbəb olur. Esterogenlərin təsiri nəticəsində miometriumun saya əzələ hüceyrələrinin hipertrofiyasının baş verməsi nəticəsində miometriumun kütləsi böyüyür. Uşaqlığın digər hormonu progesteron da endometriumu stimulyasiya edir.

Bu hormonların patoloji təsir mexanizminin miomanın inkişafında rolu olduğu söylənilir. Miomanın inkişafı və böyüməsi uşaqlığın reseptor aparatının vəziyyətindən asılıdır. Yumurtalıqların funksiyasının dəyişməsi də uşaqlığın miomasının patogenezində əsas rol oynayır. Mioması olan xəstələrin 60% hallarda yumurtalıqlarında da kistoz dəyişikliklər baş verir.
Miomanın inkişafında əsas rol oynayan risk amilləri arasında ilk aybaşının gec və çox olması, tibbi abortların tezliyinin yüksək olması, qadın cinsiyyət üzvlərinin xroniki iltihabi xəstəlikləri durur. Xəstəliyin baş verməsində irsi amillərin də rolunun böyük olduğu qeyd edilir.

Diaqnozu:
Diaqnozun qoyulmasında əsas rol USM, KT və ginekoloji müayinə üsulları böyük rol oynayır.
Müalicə şişin ölçüsündən, xəstəliyin gedişatından, xəstəyə təsir dərəcəsindən asılı olaraq konservativ və cərrahi üsulla aparılar bilər.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 475
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri