Niyə qadınlar çox üşüyür?

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 402
Səs ver:
(səs: 0)
Hormonlar qadınlara, həm də kişilərə təpədən dırnağa qədər təsir edir. Qadınlarda daha çox olan, hətta “qadınlıq hormonu” olaraq da adlandırılan estrogenin azı da, çoxu da ziyandır. Estrogen hormonu qadınların aybaşı dövründən tutmuş, süd vəzlərinin inkişafı, cinsi həyat, saç və dərinin sağlamlığına qədər bir çox mövzunu əhatə edir.

Estrogen hormonunun aşağı və ya yuxarı olduğunu biruzə verən göstəriciləri təqdim edirik
- Estrogenin yüksək olması daxildə öz-özünə yarana bildiyi kimi, xarici təsirlərdən də arta bilir. Ən çox rast gəlinən səbəblər isə yumurtalıqda polikistoz sindromu və xaricdən estrogen tərkibli dərmanların qəbul edilməsidir. Başqa bir təsir estrogeni təqlid edən ksenogenoz adlandırdığımız kimyəvi maddələrdir.

Bu bəzi kosmetik mahsullarda – kremlər, şampunlar, makiyaj ləvazimatları, böcək dərmanlarında (yəni yediyimiz meyvə və tərəvəzlərin üzərində) və plastik qablarda olur.

- İstifadə etdiyiniz bir çox kosmetik məhsullarda olan parabenlər də bu hormonun artmasına səbəb olur. Qara ciyər pozulmalarını və yumurtalıqlarda şişləri də estrogen yarada bilir.

Əgər bel ətrafındakı piylərdən, selülitdən, varikoz və tüklənmədən şikayətiniz varsa, demək estrogen hormonunuz yüksəkdir. Bədəninizdə bu hormonu tarazlamaq üçün yağ tərkibi aşağı olan yüksək lifli qidalarla qidalanmaq, arıqlamaq və sink tərkibli qidalar qəbul etmək lazımdır.

- Qidalanma estrogen hormonunun səviyyəsini qaydasına salmaqda çox əhəmiyyətli rola malikdir. Kələm, brokoli, ispanaq kimi tərəvəzlər yeyin. Yulaf yarması, kəpəkli düyü və çia toxumundan istifadə edin. Miqdarını aşmamaq şərtiylə Hindistan qozunun yağını salat, tərəvəz və istədiyiniz yeməklərə əlavə edə bilərsiniz. Yediyiniz yumurta da stress hormonlarını idarə edərək rahatlamanıza kömək edəcək.

Bundan başqa, ərik qurusu estrogenin səviyyəsini tarazlayır, nizamlı aybaşı olmanıza kömək edir. Xüsusilə də somon balığı tərkibindəki yağ turşuları ilə yüksək əhval-ruhiyyənin yaranmasına gözəl təsir edir. Həftədə iki dəfə yeyə bilərsiniz. Ancaq soya tərkibli məhsullardan uzaq durmağa çalışın.

- Qadınlarda menopoz dövründə estrogenin ifrazı azalaraq bitir. Doğumdan sonra da estrogenin səviyyəsi aşağı düşür. Həmçinin davamlı pəhriz saxlamaq, sağlam yağlarla qidalanmamaq, çox stresə məruz qalmaq hormonlarda pozulmalara yol açır. Tez-tez yorulur, unutqanlıq və diqqət dağınıqlığı yaşayır, özünüzü depressiyaya düşmüş kimi hiss edir, cinsi istəksizlik başlayıb, saçınız tökülür, anidən sizi isti basır, sonra üşüyürsünüzsə, əl və ayaqlarınız soyuqdursa, estrogen hormonunuz aşağı olmasından xəbər verir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 402
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri