Amenoreya - menstruasiyanın olmaması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 896
Səs ver:
(səs: 1)
Əgər sizin 16 yaşınız tamam olubsa və sizdə menstruasiyalar başlamayıbsa, bu hal ilkin amenoreya adlandırılır.

Bəzən isə qadında menstrual dövr müəyyən müddət ərzində tam normal olur (menstruasiyalar vaxtında olur və s.), lakin daha sonra müəyyən səbəblərə görə menstruasiyalar 3 və daha artıq ay ərzində baş vermir. Bu sonradan inkişaf edən amenoreyadır.

Hər bir belə halda amenoreyanın səbəbini və ya səbəblərini təyin etmək üçün ginekoloqa müraciət etmək lazımdır.

İlkin amenoreyanın səbəbləri

Xromosomlar mutasiyaları
Xromosomlar hər bir insanın qenetik materialıdır, məhz bu insana xas olan koddur. İnsanın hər hüceyrəsində 23 cüt xromosom var. Onlardan 22 cüt insanın müxtəlif xüsusiyyətlərinə (gözlərin, saçların, dərisinin rəngi, mübadilə proseslərin xüsusiyyətləri və s.) aid olan informasiya daşıyır. Axırıncı cüt xromosom isə cinsi xromosomlardır. Qadın cinsiyyət sisteminin normal işləməsi üçün bu axırıncı cüt XX olmalıdır (kişilərdə - XY). Lakin nadir hallarda bu belə olmur və qadının cinsiyyət xromosomlarında anadangəlmə pozulmalar (yalnız bir X xromosom və ya natamam ikinci X xromosom) olur. Nəticədə isə qadında ilkin amenoreya inkişaf edir.

Baş beyini fəaliyyətində olan pozulmalar
Baş beyinin hissələri olan hipotalamus və hipofiz qadınlarda menstrual dövrünə nəzarət edir. Bu səbəbdən onların fəaliyyətində baş verən pozulmalar amenoreyanın inkişafına səbəb ola bilər.

Cinsiyyət üzvlərinin inkişafında olan pozulmalar
Bəzən amenoreyanın səbəbi cinsiyyət sistemində olan anadangəlmə pozulmalar olur. Bəzən qızlarda uşaqlıq yolu həddən artıq dar və ya tam bağlı olur. Nəticədə menstruasiya baş versə də, qan xaricə axmır və uşaqlığın daxilində yığılır. Nəticədə güclü ağrılar və bədən hərarətinin artması ilə müşahidə olunan uşaqlıq iltihabı inkişaf edə bilər. Bu səbəbdən ilkin amenoreyanın dəqiq səbəbini təyin etmək üçün mütləq ginekoloqun müayinəsindən keçmək lazımdır.

Beləliklə, əgər sizin 16 yaşınız varsa, lakin menstruasiyalar başlamayıbsa, mütləq ginekoloqa müraciət edin.

Sonradan  inkişaf edən amenoreyanın səbəbləri
Cavan qadınlarda hamiləlik fizioloji amenoreyanın əsas səbəbidir. Bu səbəbdən növbəti menstrual dövründə menstruasiya  baş vermədikdə, ilk növbədə hamiləlik testini etmək lazımdır.

Əmizdirmə
Əgər ana uşağı düzgün əmizdirirsə (uşağın təlabinə uyğun, gecə əmizdirmələr mütləqdir və s.), anada laktasion amenoreya inkişaf edir. Bu tam normaldır. Bəzi qadınlarda laktasion amenoreya bir neçə ay, bəzilərində isə 1 il və daha artıq çəkir.

Hormonal kontraseptivlərin qəbulu
Bəzi qadınlarda hamiləlik əleyhinə preparatların qəbulu zamanı amenoreya inkişaf edir. Uşaqlıq daxili vasitələr ("spiral") həmçinin bəzən amenoreyanın inkişafına səbəb olurlar.

Stress
Bəzən güclü stress hipotalamusun fəaliyyətini müvəqqəti olaraq pozur və nəticədə qadında amenoreya inkişaf edə bilər. Lakin belə amenoreya müvəqqəti xarakter daşıyır. Stress vəziyyətindən çıxdıqdan sonra qadında menstruasiyalar bərpa olunur.

Bəzi dərman preparatların qəbulu
Antidepressantlar, kortikosteroidlər, neyroleptiklər və xərçəngin müalicəsi zamanı istifadə olunan kimyəvi terapiya amenoreyanın inkişafına səbəb ola bilər.

Ağır xəstəliklər
Ağır xəstəliklər (qara ciyər, böyrək xəstəlikləri, ağır pnevmoniya və s.) amenoreyanın inkişafına səbəb ola bilər.

Polikistoz yumurtalıqlar sindromu
Bu sindrom bir çox hallarda amenoreyaya səbəb olur. Polikistoz zamanı yumurtalıqların normal fəaliyyəti pozulur.

Bədən çəkisinin kəskin azalması
Bədən çəkisinin çox kəskin azalması, anoreksiya yumurtalıqların funksiyasının pozulmasına və nəticədə amenoreyaya səbəb ola bilər.

Daimi ağır fiizki gərginliklər
Peşəkar idmanla, baletlə məşğul olan qadınlarda daim ağır fiziki gərginliklər amenoreyaya gətirib çıxara bilər.

Qalxanvari vəzi fəaliyyətinin pozulması
Qalxanvari vəzi funksiyasının pozulması (hipoterioz - qalxanvari vəzi hormonların lazım olan miqdardan az istehsalı) amenoreyaya səbəb ola bilər.

Hipofiz şişləri
Hipofizin xoşxassəli şişi olan prolaktinoma zamanı qadında prolaktin hormonun səviyyəsi yüksək olur ki, nəticədə amenoreya inkişaf edə bilər. Bu halda uşaq əmizdirməyən və hamilə olmayan qadınların süd vəzilərindənhətta  süd ifraz oluna bilər.

Menopauza
Normada menopauza (menstruasiyaların tam kəsilməsi) qadınlarda 50 yaşında olur. Lakin bəzən hətta 30 yaşı olan qadında yumurtalıqların vaxtdan tez tükənməsi nəticəsində erkən menopauza inkişaf edə bilər. Bu hal irsiyyatla bağlıdır.
Sağlam olun!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 5 896
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri