Qadın sağlamlığı və süd vəzilərinin vəziyyəti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 6 314
Səs ver:
(səs: 1)
Süd vəziləri – qadın dölyaratma (reproduktiv) sisteminin bir hissəsi olub təbiət tərəfindən uşaqların ana südü ilə qidalandırılması (laktasiya) üçün nəzərdə tutulmuşdur. Süd vəzilərinin forması, ölçüləri hər bir qadında fərdi şəkildə olur.

Onu da qeyd etmək lazımdır ki, süd vəzisinin nə ölçüsü, nə də forması qadının uşağı əmizdirmək qabiliyyətinə heç bir təsir etmir.

Süd vəzilərindən birinin ölçüsü digərindən az dərəcədə kiçikdirsə, bundan qorxmaq lazım deyil - belə asimmetriya normal hal hesab edilir. Bu asimmetriya xeyli dərəcədə olduqda isə mütləq həkimə müraciət etmək tövsiyə edilir. Qadında süd vəziləri praktik olaraq olmadıqda (kifayət qədər az təsadüf edilən hallarda olur) bu, yumurtalıqların və uşaqlığın da inkişafdan qalmasına işarə edir.

Süd vəzilərinin tam şəkildə inkişaf etməsi ancaq hamiləlik zamanı baş verir. Uşağın əmizdirilməsi başa çatdıqdan sonra isə süd vəzilərinin ölçüləri bir qədər azalsa da hamiləliyə qədər olan ölçülərdən artıq olur.

Süd vəzilərinin vəziyyətinə qadının reproduktiv sistemi, endokrin sistemi və digər orqanlarının normal vəziyyətdə olub-olmaması təsir edir. Müxtəlif hormonal pozğunluqlar, qeyri-mütəmadi aybaşı tsiklinin olması, müxtəlif ginekoloji xəstəliklər (uşaqlığın mioması, endometrioz və s.), endokrin vəzilərin funksiyasının müxtəlif pozğunluqları, piylənmə, qara ciyərin funksiyasının pozulması və bu kimi digər xəstəliklər zamanı qadınlar əksər hallarda həkimə süd vəzilərində olan müxtəlif şikayətlərlə müraciət edirlər. Qeyd edilən patologiyalar müalicə edildikdən sonra süd vəzilərindəki pozğunluqlar da adətən keçib getmiş olur.

Qadınlar hər zaman öz süd vəzilərinin vəziyyətinə çox diqqətlə nəzarət etməlidirlər. Süd vəzilərində ağrıların, düyünlərin olması, süd vəzisi giləsindən istənilən rəngdə olan müxtəlif ifrazatın və ya südün (qadın hamilə olmadıqda və uşaq əmizdirmədikdə) xaric olması və bu kimi digər hallarda qadınlar mütləq şəkildə həkim-ginekoloqa müraciət etməlidirlər.
Sağlam olun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 6 314
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri