Qadınlarda əl tərləməsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 5 995
Səs ver:
(səs: 1)
Bütün işlərdə istifadə edilən orqan olan əllərin tərləməsi bir çox fəaliyyətə maneə törədə bilər.

Yaş əllərin yaratdığı anormal görünüşlə bərabər ən narahatedici vəziyyət əl təması və qucaqlaşmadır. Çünki yaş əli tutmaq insanlarda diksinmə hissi və əlini çəkmə duyğusu meydana gətirir. Əllərini yumaq və ya silmək istəyirlər. Bunun fərqinə varan xəstələr bundan narahat olurlar. Uzunqollu geyimlər geyinirlər. Rəqs etməkdən, sevdiklərinin əlini tutmaqdan belə çəkinirlər.

Həddindən artıq tərləmənin səbəbləri nələrdir?
«Həddindən artıq tərləmə » olaraq bilinən hiperhidrozisin səbəbləri tam olaraq bilinməməklə yanaşı, ümumiyyətlə, genetik olduğu qəbul edilir. Hiperhidrozis bir növ tər vəzisinin həddindən artıq işindən və ya problemli olan bölgədə çoxlu miqdarda tapılmasından qaynaqlanır.

Bu cür tər vəzləri bədəndə ən çox əl, ayaq və qoltuqaltında var. Hiperhidrozisi olanlar çox tərləyirlər. Xüsusilə həddindən artıq stresli vəziyyətlərdə sinir sisteminin simpatik hissəsinin həddindən artıq işləməsi ilə tər ifrazatı artır. Hər 100 adamdan biri həddindən artıq tərləmədən əziyyət çəkir.
 
— Hipertiroidizm (tiroid vəzinin çox işləməsi)
— İnfeksiya
— Pis xassəli şiş xəstəliyi
— Köklük
— Menopoz
— Diabet
— Psixiatrik xəstəliklər ola bilər.

Müalicə necə tətbiq olunur?
Tərləmənin müalicəsinə başlanmadan əvvəl bunun səbəbi araşdırılmalıdır. Tərləmə problemi olan insanların çəkisi, istifadə etdikləri dərmanlar, menopozda olub-olmadığı və endokrinoloji bir xəstəliyin varlığı ( tiroid və ya böyrək üstü vəzlərindən qaynaqlanan xəstəliklər ) araşdırılmalıdır və müalicəyə bundan sonra başlanmalıdır.

Əl və ayaq tərləməsi üçün bitki mənşəli formul
Bir vedrə suyun içinə 1 qəhvə fincanı dəniz duzu və 1 qəhvə fincanı alma sirkəsini töküb ayaqlarınızı 20 dəqiqə içində saxlayıb qurulayın. Daha sonra başqa bir qabda bir kasa pudranın içinə 7 damla kəklikotu yağı damladıb əl, ya da ayaqlarınıza çəkin və pambıq bir corab geyinib gecədən səhərə qədər saxlayın. Həftədə 3 dəfə edilə bilər.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 5 995
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri