Yumurtalığın həqiqi kistaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 6 840
Səs ver:
(səs: 1)
Funksional kistalardan savayı, yumurtalıqlarda həqiqi kistalar da əmələ gələ bilir. Bu kistalar yumurtalıqların fəaliyyəti ilə əlaqədar olmayıb faktiki olaraq yumurtalığın şişi hesab olunur.

Yumurtalıqların bir neçə növ həqiqi kistası olur.

Onlar quruluşuna, inkişaf sürətinə, bədxassəliyə keçməsi (yəni bədxassəli şisə - xərçəngə keçə bilməsi və ya bilməməsi) kimi xüsusiyyətləri ilə bir-birindən fərqlənirlər.

Həqiqi kistaların əmələ gəlməsinin səbəbləri hələ də dəqiq şəkildə müəyyən edilməmişdir. Həkimlər hesab edirlər ki, onların əmələ gəlməsinə təkan verən faktor qadın orqanizmində lyüteyinləşdirici hormonla (LH) folikulstimullaşdırıcı hormonların (FSH) nisbətinin pozulması olur.

Daimi streslər, arıqlamaq məqsədi ilə tutulan kəskin pəhrizlər, qadın cinsi orqanlarının müxtəlif infeksiyaları – yumurtalıqların fəaliyyətinə mənfi təsir edirlər ki, bunlar da həqiqi kistaların yaranmasında müəyyən rol oynayırlar. Həqiqi kistaların müalicəsi yalnız cərrahi yolla aparılır. Bu kistalar qadın orqanizmi üçün çox təhlükəli hesab olunur ki, onlar şişə (xərçəngə) çevrilə bilərlər. Buna görə də, yumurtalığın kistasına görə nəzarət altına götürülmüş xəstədə aybaşından sonra kista sorulmazsa və ya heç olmasa kiçilməzsə (bəzi hallarda əksinə olaraq kistanın ölçüsü daha da artmış olarsa), qadının tam şəkildə müayinəsi aparıldıqdan sonra, tələb olunduğu halda kistanın cərrahi yolla xaric edilməsi əməliyyatı aparılır. Hazırda bu əməliyyatlar az travmatik laparoskopik üsulla aparılır. Bu zaman qarın bosluğuna bir neçə kiçik dəliklə (5-10 mm) daxil olmaqla optik cihazların köməkliyi ilə xüsusi cərrahi alətlərlə həqiqi kistaları xaric edirlər.

Bəs hansı əlamətlərə görə qadın özündə həqiqi kista olduğundan şübhələnə bilər? Belə kistaların bəziləri kişi hormonları ifraz edirlər ki, bu da qadının ümumi görkəmini dəyişərək onu yeniyetməyə oxşadır. Əfsuslar olsun ki, bu şişlər praktiki olaraq hər bir halda bədxassəli olurlar.

Elə kistalar da olur ki, onlar xeyli miqdarda qadın cinsi hormonları ifraz edirlər. Bunun nəticəsində qız uşaqlarında vaxtından qabaq cinsi yetkinlik inkişaf edir, dölyaratma yaşında olan qadınlarda aybaşı tsikli dəyişir, qaydasız qanaxmalar olur, yaşlı qadınlarda elə bil ki, orqanizm cavanlaşır, aybaşılar qayıdır. Kistaların bu növü də xeyli təhlükəli hesab edilir. Çünki bu kista da xərçəngə çevrilə bilər.

Ölçüsü böyük olan kistalar qarının aşağı hissəsində olan ağrılara, cinsi akt zamanı ağrıya, sidik kisəsini sıxışdırdığı halda tezləşmiş sidik ifrazı və ya sidiyi saxlaya bilməmək kimi əlamətlərin əmələ gəlməsinə səbəb ola bilər. Bəzi hallarda kistanın partlaması da baş verə bilər. Bu zaman qarında kəskin ağrılar, ürəkbulanma, bədən temperaturunun yüksəlməsi və s. əlamətlər qeyd edilə bilər.

Beləliklə, əgər qadın özündə yuxarıda sadalanan əlamətləri hiss etmiş olarsa, o, mütləq həkim-ginekoloqa müraciət etməlidir.

Elə hallar da olur ki, bu kistalar özlərini heç bir əlamətlə büruzə vermir və təsadüfi müayinə zamanı aşkar olunurlar. Təəssüflər olsun ki, əksər hallarda belə kistalar artıq xərçəngə çevrilmiş olurlar. Ona görə də, yaşından asılı olmayaraq, hətta qadının heç bir şikayəti olmasa da, onun ildə 2 dəfə olmaqla həkim-ginekoloq tərəfindən profilaktik müayinə olunması çox vacib hesab olunur.
Sağlam olun!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 6 840
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri