Sistit nədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 22 050
Səs ver:
(səs: 3)
Çox qadında müşahidə edilən "sistit" xəstəliyi, tez-tez və az miqdarda sidiyə çıxma istəyi və sidik ifraz edərkən ağrı və yanma kimi əlamətlərlə ortaya çıxır.

Müalicə edilməyən sistitlerin böyrək iltihabına yol aça biləcəyinə səbəb olacağını ifadə edən İstanbul Medipol Xəstəxanası Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dr. Cevahir Tekcan, sistitə tutulmamağın ən yaxşı yolunun kafi miqdarda su içmək olduğunu söyləyir…

Qadınların yüzdə 20- 40-ı bütün həyatları boyunca ən az bir dəfə, xalq arasında "sidik kisəsinin iltihabı" olaraq bilinən sistitə tutulur. Xüsusilə klimaks olan, antidepresiya dərmanları istifadə edən, yatalaq və hamiləlik qəbizliyi yaşayan qadınların sistitə tutulma nisbəti daha yüksəkdir.

Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dr. Cevahir Tekcan, sistitin əlamətlərini, sistit xəstəliyinə gətirib çıxaran səbəbləri, alınacaq tədbirləri və necə müalicə edildiyini izah etdi…

Sistitin əlamətləri
- Güclü və davamlı olan sidiyə çıxma istəyi
- Sidik ifraz edərkən yanma
- Tez-tez və az miqdarda sidiyə çıxma
- Sidikdə qanama
- Bulanıq və qoxulu sidik
- Yumurtalıqlarda narahatlıq, təzyiq hissi
- Yüngül qızdırma
- 5 yaşdan kiçik uşaqlarda halsızlıq, əsəbilik, iştahsızlıq və qusma kimi ümumi şikayətlər
- Yaşlı qadınlarda gücsüzlük, baş qarışıqlığı və ya temperaturdan başqa əlamətləri olmaya bilər.

Sistitin səbəbləri
Sistitin ən böyük səbəbi bakteriyal infeksiyalardır. Ən çox görülən infeksiya növü isə bağırsaq bakteriyası ilə olan tipidir. Sistitin səbəblərinə aşağıdakılar da aiddir:
- Arxadan önə doğru tualet təmizliyi etmək, anusdakı bakteriyaların üretraya (sidik kanalı) bulaşmamasına səbəb ola bilər.
- Cinsi olaraq aktiv olmaq və "diafram" kimi doğum idarə üsullarını istifadə etmək.
- Hormonal dəyişikliklərin olduğu klimaks və hamiləlik.
- Sidik kisəsinin kafi boşala bilməməsinə səbəb olan sidik kisəsi sallanması, şəkər xəstəliyi kimi xəstəliklər.
- Xərçəng və HİV xəstəliyi kimi bədənin müqavimətini azaldan xəstəliklər.
- Genital orqanlarda xroniki infeksiyasının olması
- Deodorant və başqa potensial qıcıqlandırıcı material istifadə edən qadınlarda sistit bakteriya simptomları ola bilər.

Sistitə tutulmamaq üçün bu tədbirləri edin:
- Sistitə tutulmamağın ən yaxşı yolu kafi miqdarda su (ən az gündə 8 stəkan) içməkdir. Sidik kisəsinin dolduğunu hiss etdiyimiz an tualetə getmək və sidik kisəsini tam olaraq boşaltmaq sistiti əngəlləyən təsirli bir üsuldur.
- Genital bölgəyə ətirli duş köpüyü, sabun ya da talk pudrası istifadə edilməməlidir.
- Pambıq alt paltarı geyinmək, dar şalvar geyinməmək sistitin qarşısını almaq üçün sizə kömək edə bilər.
- Tualet gigiyenasını öndən arxaya doğru etmək əhəmiyyətlidir. Xüsusilə qəhvə, meyvə şirəsi və acı qidaların həddindən artıq istehlakı sidik kisəsində turşu təsiri yaradaraq sistitə bənzər vəziyyətə səbəb ola bilər.
Həmçinin, zoğal tərkibli siroplar və həblər təkrarlanan sistitlərin qarşısını almaq üçün istifadə edilə bilər.

Həkimə nə zaman müraciət etmək lazımdır?

Təcili sidiyə çıxmaq istəyi, sıx və ağrılı sidik ifraz etmə vəziyyəti bir neçə saatdan uzun sürsə və ya sidikdə qan görülsə mütləq həkimə müraciət edilməlidir. Çünki müalicə edilməyən sistitlər ciddi bir vəziyyət olan böyrək iltihabına səbəb ola bilər. Yan ağrısı, yüksək temperatur və titrəmə, bulanma və qusma sistit şikayətlərinə əlavə olunduqda həkimə müraciət edinr. Bu əlamətlər böyrək iltihabının əlaməti ola bilər.

Sistitin müalici üçün nə etmək lazımdır?

Yuxarıda da qeyd etdiyimiz kimi, sistitin müalicəsində ən əhəmiyyətli şey- kafi miqdarda su içilməsidir.

Yarım su stəkanı suyun içinə 1 çay qaşığı soda qatıb içərək sidik turşuları azaldıla bilər. Bakteriyel infeksiyanın müalicəsi həkiminizlə məsləhətləşilərək qəbul edilən antibiotiklərdir. Əgər bir neçə gün içində narahatlığınız keçməzsə, bakteriyanın istifadə edilən antibiotikə müqavimət göstərdiyi düşünülə bilər. Bu vəziyyətdə mütləq həkiminizi ziyarət edin.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 22 050
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri